https://sputnik.az/20211005/kv-kemi-milyarder-telman-smaylov-saxlanlb-433809746.html
Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür
Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür
Sputnik Azərbaycan
Rusiya Federasiyası Baş Prokurorluğu biznesmenin ekstradisiyası üçün beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T14:46+0400
2021-10-05T14:46+0400
2021-10-05T14:55+0400
dünya xəbərləri
milyarder
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/41275/04/412750491_0:0:1000:563_1920x0_80_0_0_5a81a714016d5dab4b553ff06ba9ee5f.jpg
BAKI, 5 oktyabr - Sputnik. Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.Sputnik Azərbaycanın Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq həyata keçirilir. "Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır", - məlumatda qeyd olunub. Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barəsində həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.***04.10.21, 13:16Çernoqorsk məhkəməsi Telman İsmayılovun siyasi sığınacaq məsələsinə baxacaq Noyabrın 12-də Çernoqorsk məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.Xatırladaq ki, Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bu barədə biznesmenin vəkili Marina Rusakova deyib. Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib:“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”Vəkil bildirib ki, Monteneqro hökuməti T.İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.Rusiyanın ən varlı iş adamları siyahısına daxil olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur.Telman İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, onun axtarışı İnterpol vasitəsilə həyata keçirilib.***Azərbaycan əsilli iş adamı, Moskvanın Çerkizov bazarının keçmiş direktoru Telman İsmayılovun Monteneqrodan siyasi sığınacaq istədiyi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı “Vijesti” nəşri hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir. “Təhlükəsizlik xidmətində olan mənbələrdən aldığımız məlumata görə, İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib. Ona görə də onun Rusiyaya verilməsi sual altındadır”, - deyə nəşr bildirib.***01.10.2021 - 20:37Azərbaycan əsilli iş adamı, Moskvanın Çerkizov bazarının keçmiş direktoru Telman İsmayılovun Podqoritsa şəhərində, Rusiyanın axtarış orderi əsasında saxlanılması xəbəri yayılıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Vijesti xəbər portalı yazır."Azərbaycandan olan milyarder Telman İsmayılov Podqoritsada RF-in axtarış orderi əsasında saxlanılıb", - məlumatda qeyd olunur. Ancaq Rusiyanın diplomatik missiyasından bildirilib ki, T.İsmayılovun Monteneqroda saxlanılması barədə RF səfirliyində məlumat yoxdur.Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı. RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var. Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib."istintaq Telman İsmayılovun xaricdə saxlanılmasına dair məlumatın rəsmi təsdiqini gözləyir", - Petrenko əlavə edib.İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər. Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41275/04/412750491_26:0:826:600_1920x0_80_0_0_7150dbbff620bd096fde0e86d2d0b9ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milyarder, saxlanılma
Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür
14:46 05.10.2021 (Yenilənib: 14:55 05.10.2021) Rusiya Federasiyası Baş Prokurorluğu biznesmenin ekstradisiyası üçün beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur.
BAKI, 5 oktyabr - Sputnik. Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.
Sputnik Azərbaycanın Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq həyata keçirilir.
"Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barəsində həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.
Çernoqorsk məhkəməsi Telman İsmayılovun siyasi sığınacaq məsələsinə baxacaq Noyabrın 12-də Çernoqorsk məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
Xatırladaq ki, Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə biznesmenin vəkili Marina Rusakova deyib. Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib:
“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”
Vəkil bildirib ki, Monteneqro hökuməti T.İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.
Rusiyanın ən varlı iş adamları siyahısına daxil olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur.
Telman İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, onun axtarışı İnterpol vasitəsilə həyata keçirilib.
Azərbaycan əsilli iş adamı, Moskvanın Çerkizov bazarının keçmiş direktoru Telman İsmayılovun Monteneqrodan siyasi sığınacaq istədiyi məlum olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı “Vijesti” nəşri hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir.
“Təhlükəsizlik xidmətində olan mənbələrdən aldığımız məlumata görə, İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib. Ona görə də onun Rusiyaya verilməsi sual altındadır”, - deyə nəşr bildirib.
Azərbaycan əsilli iş adamı, Moskvanın Çerkizov bazarının keçmiş direktoru Telman İsmayılovun Podqoritsa şəhərində, Rusiyanın axtarış orderi əsasında saxlanılması xəbəri yayılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
Vijesti xəbər portalı yazır.
"Azərbaycandan olan milyarder Telman İsmayılov Podqoritsada RF-in axtarış orderi əsasında saxlanılıb", - məlumatda qeyd olunur.
Ancaq Rusiyanın diplomatik missiyasından bildirilib ki, T.İsmayılovun Monteneqroda saxlanılması barədə RF səfirliyində məlumat yoxdur.
Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
"istintaq Telman İsmayılovun xaricdə saxlanılmasına dair məlumatın rəsmi təsdiqini gözləyir", - Petrenko əlavə edib.
İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.