DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şakiranı oynadan azərbaycanlı hədəfdə - Rusiya Baş Prokurorluğu sorğu göndərdi

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidTelman İsmayılov
Telman İsmayılov - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya Azərbaycan əsilli iş adamı Telman İsmayılovun ekstradisiyası ilə bağlı Monteneqroya sorğu göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Baş Prokurorluğu yayıb.
Qeyd edək ki, oktyabrın 1-i Azərbaycan əsilli iş adamı, Moskvanın Çerkizov bazarının keçmiş direktoru Telman İsmayılov Podqoritsa şəhərində, Rusiyanın axtarış orderi əsasında saxlanılıb.
Oktyabrın 5-i məlum olub ki, Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Siyasi sığınacaq

Noyabrın 12-də Monteneqro məhkəməsi Telman İsmayılovun ona siyasi sığınacaq verilməsi ilə bağlı müraciətinə baxacaq.

Telman İsmayılov niyə həbs olundu?

Rusiyanın ən varlı biznesmenlərinin siyahısına daxil olan İsmayılov 2009-cu ildə əsas aktivi - paytaxtın ən böyük xırda topdansatış ticarət mərkəzi olan Çerkizov bazarı haqda hüquq mühafizə orqanlarından böyük iddialarla üz-üzə qaldı. Sanitar nəzarət orqanları orada çoxsaylı pozuntu aşkarladıqdan sonra bazar bağlandı.
RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko RİA Novosti-nin sorğusuna cavabında deyib ki, təmsil etdiyi qurumun icraatında Telman İsmayılovun iki sahibkarın qətli və digər qanunsuz əməllərinə dair cinayət işi var.
Telman İsmayılov - Sputnik Azərbaycan, 1920, 09.12.2019
Telman İsmayılovun mülklərini almaq istəyənlərin nəzərinə
Onun sözlərinə görə, istintaqdan yayındığına görə İsmayılov barəsində beynəlxalq axtarış verilib.
İstintaqın məlumatına görə, T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brılyovun qətlini təşkil edib. Bildirilir ki, cinayətin planını qardaşları Rafiq və Vaqif İsmayılovlarla cızıb. İcraçı isə Mehman Kərimov olub. 2016-cı il mayın 15-də Novorijski şossesində Kərimov avtomobilin içində Savkinlə Brılyova tapançadan atəş açıb və onlar ölüblər. Rafiq İsmayılov Kərimovu hadisə yerindən çıxarıb, sonra isə əlbir olan qardaşlar həm Kərimovu, həm də cinayət alətini gizlədiblər.
Rafiq İsmayılovla Mehman Kərimov nəzarətə götürülüblər. Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs tədbiri seçilib. Mehman Kərimova 13 il ciddi rejimli koloniyada həbs kəsilib.
Eləcə də oxuyun:
* Telman İsmayılovun Rusiyaya ekstradisiyasına hazırlıq görülür
* Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər
* Telman İsmayılova daha bir zərbə vuruldu, vəziyyəti pisləşir
Xəbər lenti
0