Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ekspert Putinin yeni mühafizəkarlıq haqqında fikirlərini şərh edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIII illik iclasının plenar sessiyasında
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIII illik iclasının plenar sessiyasında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin yeni mühafizəkarlıqla bağlı bəyanatı bu dəyərlərə xas olan "köhnə Avropa"nı maraqlandıra bilər. Bu barədə siyasi elmlər doktoru, professor Aleksandr Qusev bildirib.
"Avropa bu gün nədir? Bu miqrantlar üçün təmamilə açıq qapılar proqramının, multikulturalizm nəzəriyyəsinin, azadlıq və tolerantlıq mövzusunda müzakirələrin uğursuzluğudur. Faktiki olaraq, bu gün Avropa cəmiyyəti bu ziddiyyətlərlə o qədər "parçalanıb" ki, orada bizim riayət etdiyimiz ənənəvi dəyərlərlərimiz olan ailə, valideynlər və başqa anlayışlar var, ancaq Avropa əhalisinin kifayət qədər böyük bir hissəsi digər fikirlərə, yeni tendensiyalara, o cümlədən LGBT və s. mövzulara riayət edir. Və Putin, əlbəttə ki, hər kəsə müraciət etməyə çalışıb, bu, sanki, gələcək inkişafın bir növ ümumi konsepsiyanı səsləndirmək cəhdidir", - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, konseptual olaraq Rusiya liderinin bir sıra ölkələrdə olmasına baxmayaraq, bəlkə də razılaşardılar – elə həmin Polşada da mühafizəkar əhval-ruhiyyə güclüdür, - açıq-aşkar bu ölkələr subyektiv və siyasi mülahizələrə əsasən, Rusiyanı heç vaxt dəstəkləməyəcəklər.
"Onunla hər kəs razılaşmayacaq, məsələn, amerikalılar, çox güman ki, bu mülayim mühafizəkarlığı dəstəkləməyəcəklər. Avropaya gəldikdə isə, burada da yetərincə qütblü baxışlar var. Məsələn, polyaklar və ya pribaltlar Rusiyadan gələn heç bir şeyi qəbul etmirlər. Ancaq alman və ya fransız cəmiyyəti bu mövqeyə, Putinin bu təklifinə tolerant yanaşa bilər", – deyə mütəxəssis qeyd edib.
"Yəni mülayim mühafizəkarlıq müəyyən dərəcədə onların cəmiyyətlərinin bir hissəsinə xasdır, eyni şeyi İngiltərə cəmiyyətinin bir hissəsi haqqında da söyləmək olar. "Köhnə Avropa" bununla razılaşa bilər, bu cür fikirləri orada çoxları bölüşürlər və burada heç bir ziddiyyət yoxdur", - deyə Qusev təklif edib.
Eləcə də oxuyun:
* Putin: Yalnız suveren dövlətlər çağırışılara cavab verə bilərlər
* Vladimir Putin "Valday" klubunda bəşəriyyət üçün önəmli olan açıqlamalar verib
* Vladimir Putin: "Ərdoğan haqlı idi"
* Putin İlham Əliyevin müdrikliyi, Zəngəzur dəhlizi və bölgənin gələcəyi barədə
* Rusiyalı deputat Putinin mülayim mühafizəkarlıqla bağlı dediklərini şərh edib
* Putin: İsraillə müzakirə edəcəyimiz çox məsələ var
* BMT-nin keçmiş Baş katibinin müavini Putinin veto hüququnun ləğvi ilə bağlı sözləri barədə
Xəbər lenti
0