Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı deputat Putinin mülayim mühafizəkarlıqla bağlı dediklərini şərh edib

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında
Rusiya Prezidenti Vladimir Putin Valday diskussiya klubunun iclasında - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Belə bir yanaşma ölkənin sosial əsaslarını qoruya və Rusiyanın bir növ müdafiəsini təmin etmiş ola bilər.
BAKI, 22 oktyabr — Sputnik. Rusiya mülayim mühafizəkarlıq modelinin tətbiqinə çalışır. Belə bir kurs ölkənin müdafiəsini təmin edəcək. Bu sözləri RİA Novosti-yə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında "dünyanın struktur böhranı keçirdiyini, siyasi kursun əsası olaraq şüurlu mühafizəkarlığın əhəmiyyətinin dəfələrlə artdığını" deyib. Prezidentin sözlərinə görə, mülayim mühafizəkarlıq ən şüurlu davranış yoludur.

"Zənnimcə, çox güman ki, biz bu gün buna çalışırıq. Düşünürəm ki, biz buna hələ nail ola bilməmişik", - deyə Çepa Rusiyanın mülayim mühafizəkarlıq kursuna sadiq olub-olmadığı barədə suala cavab verərkən bildirib.

Siyasətçi eyni zamanda əlavə edib ki, belə bir yanaşma ölkənin sosial əsaslarını qoruya və Rusiyanın bir növ müdafiəsini təmin etmiş ola bilər.

"Təbii ki, çalışmalı olduğumuz bu cür mühafizəkarlıq, ən azından bizim və xalqımızın alışdığı əsasları bir çox cəhətdən qoruyacaq. Bizim üçün bu, bir çox cəhətdən müəyyən bir müdafiə olacaq. Əgər bu gün dünya ictimaiyyəti buna gəlsə, bu anlayışda təbii ki, Putin haqlıdır", - deyə millət vəkili bildirib.

Xəbər lenti
0