Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin "Valday" klubunda bəşəriyyət üçün önəmli olan açıqlamalar verib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIII illik iclasının plenar sessiyasında
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVIII illik iclasının plenar sessiyasında - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Rusiya prezidenti deyib ki, böhran zamanı bəşəriyyət təhlükələrə sinə gərməlidir, ancaq bu dövrün imkanlarını da qaçırmaq olmaz.
BAKI, 21 oktyabr – Sputnik. Dünyada dəyişikliklər dövrüdür və bu dəyişikliklər getdikcə dərinləşir.
Sputnik Azərbaycan bildirir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cümə axşamı, oktyabrın 21-də “Valday” diskussiya klubunun plenar iclasında çıxışı zamanı deyib.
Putin fikirlərini belə əsaslandırıb:

“Son on ildə tez-tez çinlilərin bir məsəlini çəkirlər: “dəyişikliklər dövründə yaşamağı Tanrı bizə nəsib etməsin”. Ancaq biz istəsək də, istəməsək də artıq həmin dövrdə yaşayırıq. Və bu dəyişikliklər də getdikcə dərinləşir. Böhran zamanı bəşəriyyət təhlükələrə sinə gərməlidir, ancaq bu dövrün imkanlarını da qaçırmaq olmaz”.

O əlavə edib ki, Çin xalqı müdrik xalqdır və onun digər müdrik fikirləri də çoxdur:
“Məsələn, çinlilərin digər bir kəlamına diqqət edək: “böhran” sözü iki heroqlifdən ibarətdir – “təhlükə” və “imkan”. Bizdə, Rusiyada da deyirlər ki, çətinliklərə ağlınla, təhlükələrə təcrübənlə qalib gəl”.
Putin böhran dövründə imkanları əldən verməməyə çağırıb
"Bəşəriyyət dəyişikliklər və böhranlar dövründə təhlükələrlə mübarizə aparmalıdır, lakin bu dövrün imkanlarını da əldən vermək olmaz", - Vladimir Putin deyib.
"Həm də qarşılaşdığımız böhran konseptual, hətta sivilizasion xarakter daşıyır. Mahiyyət etibarı ilə bu insanın Yer üzündə mövcudluğunun özünü müəyyən edən yanaşmanın, prinsipin böhranıdır. Və biz onsuz da onlara ciddi surətdə yenidən baxmalı olacağıq", - o deyib.
"Sual: hansı tərəfə hərəkət etmək, nədən imtina etmək, nəyə yenidən baxmaq və korrektə etmək lazımdır? Əminəm ki, əsl dəyərlər uğrunda mübarizə apararaq onları bütün qüvvəmizlə müdafiə etməliyik", - prezident vurğulayıb.
Koronavirus bəşəriyyətə Birinci dünya Müharibəsindən çox ziyan vurub
Koronavirus pandemiyasına xüsusi diqqət ayıran Rusiyanın dövlət başçısı vurğulayıb ki, onun törətdiyi zərər Birinci Dünya müharibəsinin ziyanlarından çox olub:
“Koronavirus pandemiyası sübut etdi ki, dünya düzəninin struktur formalaşdıran vahidi yalnız dövlətdir”.
Putin ambisiyalardan vaz keçərək xüsusilə COVID-19-la mübarizədə birlikdə əməkdaşlığa etməyə çağırıb.
“Bir çox ölkələrdə pandemiya səbəbindən qadağalara gənclərin kəskin reaksiyası göstərdi ki, narahatlığa səbəblər daha da dərindir”, - Putin deyib.
Pandemiya səbəbindən bağlanmış sərhədlərin açılmasına gəlincə, Rusiya dövlət başçısı bildirib ki, kiminsə haradasa yaxşı nəticələrə nail olduğunu öyrənən kimi, oraları bağlamağa cəhd edirlər.
Onun sözlərinə görə, son illərdə bir neçə parlaq konsepsiya ortaya atılıb ki, bunlara görə, dövlətin rolu köhnəlib və vaxtını bitirib, guya qloballaşma şəraitində milli sərhədlər anaxronizmə dönür, suverenlik isə çiçəklənmənin qarşısına çəkilmiş bir səddir.
“Bunu başqalarının sərhədlərini açmağa çalışanlar, öz rəqabət üstünlüyünə güvənənlər deyirdilər, yəni əslində baş verənlərin mahiyyəti bu idi. Amma məlum oldu ki, haradasa kimsə əla nəticələr əldə edirsə, o zaman dərhal sərhədlərin, özü də ilk növbədə öz sərhədlərinin bağlanmasına cəhd edirlər”, - Putin bildirib.
Valday” klubu Nyu-Yorkda da toplana bilər
Vladimir Putin çıxışı zamanı maraqlı bir detala da toxunub. O, qeyd edib ki, ““Valday” klubu hətta Nyu-Yorkda da toplana bilər.
"Lavrovdan xahiş etmək olar ki, forumun neytral müstəvidə keçirilməsi üçün razılığa gəlsin”, - V.Putin deyib.
Hər kəs üçün dəyişməz dəyər – BMT
“BMT hər kəs üçün dəyişməz dəyər olaraq qalır, o, qanun yaradıcılığının normalarının və ruhunun daşıyıcısıdır”, - Rusiya dövlət başçısı vurğulayıb.
“Bizim vəzifəmiz BMT-ni islahatlar aparmaqla qoruyub saxlamaq, ancaq bu zaman ehtiyatlı olmaqdır. BMT-də islahatlar üçün müxtəlif həll yolları var, ancaq veto hüququ pozularsa, təşkilat elə həmin gün məhv olacaq”, - söyləyən V.Putin BMT TŞ-dəki “beşliyə” gəlincə, əsasların sarsıdılmasını arzuolunmaz saydığını, təşkilatın daha balanslı olmasının yollarını axtarmağın vacibliyini vurğulayıb.
Rusiya lideri əlavə edib ki, BMT səviyyəsində çağırış və təhlükə reyestri yaratmaq, bunun üçün müxtəlif ölkələrdən mütəxəssisləri cəlb etmək lazımdır.
Xəbər lenti
0