https://sputnik.az/20211022/bmt-nin-kecmis-bas-katibinin-muavini-putinin-veto-huququnun-legv-ile-bagli-sozleri-barede-434486047.html
BMT-nin keçmiş Baş katibinin müavini Putinin veto hüququnun ləğv ilə bağlı sözləri barədə
BMT-nin keçmiş Baş katibinin müavini Putinin veto hüququnun ləğv ilə bağlı sözləri barədə
Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin veto hüququnun ləğv edilməsi halında BMT-nin ölümündən danışarkən haqlıdır. Bu barədə BMT Baş... 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T15:42+0400
2021-10-22T15:42+0400
2021-10-22T15:47+0400
dünya xəbərləri
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_167:319:3085:1961_1920x0_80_0_0_106233cb7d9e913df8f67314f0683c32.jpg
BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin veto hüququnun ləğv edilməsi halında BMT-nin ölümündən danışarkən haqlıdır. Bu barədə BMT Baş katibinin keçmiş müavini, Rusiya Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya üzrə İctimai Şurasının sədri Sergey Orconikidze hesab edir.Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun plenar iclasında çıxış edərək bildirib ki, BMT-nin islahatı ilə bağlı fərqli qərarlar mümkündür, ancaq əgər veto hüququ məhv edilsə, təşkilat elə həmin gün öləcək.BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyadır.Bu yaxınlarda Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin liderlərinin görüşünü təşkil etməyi təklif edib. Bütün ölkələr belə bir görüşdə iştirak etməyə hazır olduqlarını bildiriblər.Həmçinin oxuyun:Rusiyalı deputat Putinin mülayim mühafizəkarlıqla bağlı dediklərini şərh edibPutin İlham Əliyevin müdrikliyi, Zəngəzur dəhlizi və bölgənin gələcəyi barədə
https://sputnik.az/20211022/putin-etiraf-etdi--sraille-problemlerimiz-var-434476362.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426349333_359:0:3090:2048_1920x0_80_0_0_03dfff6c091b2f7bc7ef2ff36704cb8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya
BMT-nin keçmiş Baş katibinin müavini Putinin veto hüququnun ləğv ilə bağlı sözləri barədə
15:42 22.10.2021 (Yenilənib: 15:47 22.10.2021) BAKI, 22 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin veto hüququnun ləğv edilməsi halında BMT-nin ölümündən danışarkən haqlıdır. Bu barədə BMT Baş katibinin keçmiş müavini, Rusiya Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya üzrə İctimai Şurasının sədri Sergey Orconikidze hesab edir.
Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq müzakirə klubunun plenar iclasında çıxış edərək bildirib ki, BMT-nin islahatı ilə bağlı fərqli qərarlar mümkündür, ancaq əgər veto hüququ məhv edilsə, təşkilat elə həmin gün öləcək.
"Əlbəttə (öləcək-red.) Öləcək, çünki veto hüququnun mənası güc balansının qorunmasıdır. Yəni, Rusiya üçün qəbuledilməz olan şeylərə (veto qoyula bilər - red.) O cümlədən, güc tətbiqini nəzərdə tutan Təhlükəsizlik Şurasının məcburi xarakterli qətnamələrinə, Rusiya da Təhlükəsizlik Şurasının (BMT) digər daimi üzvləri kimi veto qoya bilər" – deyə Orconikidze RİA Novosti-yə bildirib.
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyadır.
Bu yaxınlarda Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin liderlərinin görüşünü təşkil etməyi təklif edib. Bütün ölkələr belə bir görüşdə iştirak etməyə hazır olduqlarını bildiriblər.