https://sputnik.az/20211002/azerbaycanda-dollar-ucuzlashacaqmi-433798982.html
Azərbaycanda dollar ucuzlaşa bilərmi?
Azərbaycanda dollar ucuzlaşa bilərmi?
Sputnik Azərbaycan
Son dövrlərdə dünyada neftin qiymətləri bahalaşır və "qara qızıl"a tələbat yüksəlir. Strateji valyuta ehtiyatlarımız 8 ayda 4,8 faiz artıb. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T09:30+0400
2021-10-02T09:30+0400
2021-10-02T11:44+0400
dollar
manat
ucuzlaşma
təhlil
iqtisadi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827255_0:0:3342:1881_1920x0_80_0_0_24281d3861173b59fec97b77a1145512.jpg
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda bundan sonra dolların ucuzlaşması ehtimalı sıfıra bərabərdir. Hətta neftin qiyməti bundan sonra 200 dollar da olsa, manatın dollar qarşısında bahalaşma ehtimalı yoxdur. Lakin manat dollar vasitəsilə digər valyutalar - avro, funt-sterlinq qarşısında bahalaşa bilər.Bunu iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a ölkəmizdə dollar ucuzlaşa bilərmi sualına cavab verərkən belə deyib.İqtisadçının fikrincə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas hədəf olduğuna görə neftin qiymətlərində yüksək sıçrayış manatın bahalaşmasına gətirib çıxarmayacaq: "Əgər dünyada neft qiymətləri bahalaşarsa və əlavə dollar rezervi ölkəyə gələrsə, Mərkəzi Bank sterilizasiya məqsədilə öz ehtiyatlarını artıracaq. Azərbaycanın əsas məqsədi neft sahəsindən asılılığı azaltmaq olduğuna görə yaxın 1-2 ildə manatın məzənnəsinin sabit qalacağını və yaxud da ucuzlaşacağını gözləyə bilərik".O bildirib ki, strateji valyuta ehtiyatlarımız əsasən dollarda, avroda, funt-sterlinqdə, 10 faizədək də qızılda saxlanılır. Strateji valyuta ehtiyatlarımız əsasən dollarda saxlanılır. Buraya əsasən Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları daxildir. Azərbaycanın iqtisadi inkişafında strateji valyuta ehtiyatlarından istifadə edilir. Neft Fondundan transfertlər bunun bariz nümunəsidir.Qeyd edək ki, son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaradıb. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6 faiz artacağını proqnozlaşdırır.Mərkəzi Bankın məlumatına görə, dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilib. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmayıb. Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələyib. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir. I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1,9 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun 8 faizi səviyyəsində profisit olub. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.Strateji valyuta ehtiyatları 8 ayda 4,8 faiz (2,4 milyard ABŞ dolları) artaraq 53,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb. Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85 faizində təklif tələbi üstələyib.Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir."Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür", - deyə hesabatda bildirilir.Hesabatda bildirilir ki, büdcə və iqtisadi inkişafla bağlı proqnozlar verilərkən ehtimal və fərziyyələrin əsasında neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər dayanır.
https://sputnik.az/20210824/Professor-Elektron-valyutann-ttbiqi-hr-hans-problem-yaratmayacaq-427760307.html
https://sputnik.az/20210917/Doing-Business-reytinqi-trafnda-qalmaqal-Azrbaycann-gstricilrini-kim-aa-salb-427953118.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426827255_611:0:3342:2048_1920x0_80_0_0_614d5691d323ffd989d9ecbff50d13c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, manat, ucuzlaşma, iqtisadi
dollar, manat, ucuzlaşma, iqtisadi
Azərbaycanda dollar ucuzlaşa bilərmi?
09:30 02.10.2021 (Yenilənib: 11:44 02.10.2021) Son dövrlərdə dünyada neftin qiymətləri bahalaşır və "qara qızıl"a tələbat yüksəlir. Strateji valyuta ehtiyatlarımız 8 ayda 4,8 faiz artıb.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda bundan sonra dolların ucuzlaşması ehtimalı sıfıra bərabərdir. Hətta neftin qiyməti bundan sonra 200 dollar da olsa, manatın dollar qarşısında bahalaşma ehtimalı yoxdur. Lakin manat dollar vasitəsilə digər valyutalar - avro, funt-sterlinq qarşısında bahalaşa bilər.
Bunu iqtisadçı
Xalid Kərimli Sputnik Azərbaycan-a ölkəmizdə dollar ucuzlaşa bilərmi sualına cavab verərkən belə deyib.
İqtisadçının fikrincə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas hədəf olduğuna görə neftin qiymətlərində yüksək sıçrayış manatın bahalaşmasına gətirib çıxarmayacaq: "Əgər dünyada neft qiymətləri bahalaşarsa və əlavə dollar rezervi ölkəyə gələrsə, Mərkəzi Bank sterilizasiya məqsədilə öz ehtiyatlarını artıracaq. Azərbaycanın əsas məqsədi neft sahəsindən asılılığı azaltmaq olduğuna görə yaxın 1-2 ildə manatın məzənnəsinin sabit qalacağını və yaxud da ucuzlaşacağını gözləyə bilərik".
"Maliyyə Nazirliyi tərəfindən təqdim olunan ortamüddətli maliyyə hədəfləri ilə bağlı proqnozlara baxanda görürük ki, yaxın 2-3 ildə dövlət ən azı 1 dollar üçün 1 manat 70 qəpik kursu qorumağa çalışacaq. Ancaq ümumiyyətlə, ortamüddətli dövrdə biz manatın dollar və digər valyutalar qarşısında ucuzlaşdırılmasını müşahidə edəcəyik".
O bildirib ki, strateji valyuta ehtiyatlarımız əsasən dollarda, avroda, funt-sterlinqdə, 10 faizədək də qızılda saxlanılır. Strateji valyuta ehtiyatlarımız əsasən dollarda saxlanılır. Buraya əsasən Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları daxildir. Azərbaycanın iqtisadi inkişafında strateji valyuta ehtiyatlarından istifadə edilir. Neft Fondundan transfertlər bunun bariz nümunəsidir.
Qeyd edək ki, son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaradıb. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6 faiz artacağını proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilib. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmayıb. Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələyib. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir. I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1,9 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun 8 faizi səviyyəsində profisit olub. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.
Strateji valyuta ehtiyatları 8 ayda 4,8 faiz (2,4 milyard ABŞ dolları) artaraq 53,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb. Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85 faizində təklif tələbi üstələyib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
"Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür", - deyə hesabatda bildirilir.
Hesabatda bildirilir ki, büdcə və iqtisadi inkişafla bağlı proqnozlar verilərkən ehtimal və fərziyyələrin əsasında neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər dayanır.