https://sputnik.az/20211012/turkiyeden-geyinenlere-sad-xeber-bezi-mehsullar-ucuzlasacaq-434133049.html
"Türkiyədən geyinənlərə" şad xəbər: bəzi məhsullar ucuzlaşacaq
"Türkiyədən geyinənlərə" şad xəbər: bəzi məhsullar ucuzlaşacaq
Sputnik Azərbaycan
Türkiyədə dolların məzənnəsi 9 lirəni keçərək rekordu təzələməkdə davam edir. Təkcə son bir ayda lirə 8 faizə yaxın dəyərdən düşüb. İqtisadçı Sputnik... 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T18:00+0400
2021-10-12T18:00+0400
2021-10-13T10:30+0400
türk lirəsi
iqtisadiyyat
türkiyə
mərkəzi bank
ixrac
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426601847_0:0:3057:1720_1920x0_80_0_0_fff2d878c39e7f7f9963dcf9c709efda.jpg
BAKI, 12 oktyabr — Sputnik. Türkiyədə dollar bahalaşır. Mərkəzi Bankın faiz endirimindən sonra sürətlə yüksəlməyə başlayan dollar rekord ardınca rekord qırır. Dolların məzənnəsi artıq 9 lirəni keçib. Bu gün səhər dolların məzənnəsi 9,04-ə çataraq yeni rekord vurub. Təkcə sentyabrın əvvəlindən etibarən lirə 8 faizə yaxın ucuzlaşıb. İllik inflyasiya 19,58 faiz səviyyəsindədir və bu, son iki il yarım ərzində ən yüksək göstəricidir.Bəs Türkiyədə dolların bahalaşmasının səbəbləri nədir və Azərbaycana təsirləri necə olacaq? 1 dollar 10 lirəyə çata bilərmi?Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Sputnik Azərbaycan-a bildirib ki, Türkiyədə dolların bahalaşaması prosesini anlamaq üçün bu ölkənin iqtisadiyyatının strukturuna nəzər salmaq lazımdır: "Türkiyə ixracyönümlü iqtisadiyyata malikdir və bu ixracı həyata keçirərkən önəmli həcmdə də idxal həyata keçirir. Yəni Türkiyənin iqtisadi artımı həm də ciddi şəkildə idxalı stimullaşdırır. Bunun səbəblərindən biri odur ki, enerjini, bir sıra xammalı, texnologiyanı xaricdən alır. Türkiyənin xarici ticarət balansında, xüsusilə də cari ödəmələr balansında zaman-zaman kəsirlər yaranır və bu kəsirlər lirənin ucuzlaşması üzərində təzyiq göstərir"."Türkiyədə sərbəst valyuta bazarıdır, müdaxilə edilmir və tələb-təklifə uyğun olaraq valyutanın qiyməti müəyyənləşdirilir. Sadəcə, çox kritik həddə lirə dəyərdən düşəndə Mərkəzi Bank və xüsusilə də dövlət bankları bir sıra addımlar atır. Lirənin ucuzlaşmasının əsas səbəbi Türkiyənin xarici ticarəti ilə bağlıdır və eyni zamanda ölkədə çox ciddi inflyasiya var. Bir ölkənin daxilində inflyasiya varsa, bu, o deməkdir ki, onun pulu digər valyutalar qarşısında dəyərdən düşüb. Bütün bunlar lirənin üzrərində çox ciddi təzyiq yaradır", - deyə iqtisadçı qeyd edib.Onun sözlərinə görə, digər tərəfdən, başqa faktor ondan ibarətdir ki, Türkiyə hökuməti ucuz faiz siyasətində israrlıdır: "Ucuz faiz siyasətində israrlı olduğu üçün hələ də hökumətdən Mərkəzi Banka tapşırıqlar verilir. Türkiyədə Mərkəzi Bankın müstəqilliyi ilə bağlı da beynəlxalq bazarlarda problemlər var. Mərkəzi Bankın faizləri aşağı sala biləcəyi gözləntisi hələ də bazar subyektləri arasında var. Bu da Türkiyəyə portfel investisiyaların axınının qarşısını alır. Türkiyə öz valyuta ehtiyatlarını əsasən iki yolla təmin edir.Birincisi, ixracatdır və bunun da önəmli hissəsi turizmdir. İkincisi, portfel investisiyalarıdır. Hazırda faizlərin enə biləcəyi gözləntiləri var ki, bu da portfel investisiyalarını azaldır. Digər tərəfdən, turizmdə, ixrac bazarlarında yaranan probemlər ixrac gəlirlərini azaldıb və daxili inflyasiya da bunun üzərinə gəlib. Belə olan halda lirənin dəyərdən düşməsi qaçılmazdır".Lirənin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəlincə, ekspert bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:"Türkiyə bizim ixracda, idxalda da ilk sıralarda dayanan ölkədir. Ticarət tərəfdaşlarımızın valyutalarında baş verən dəyişiklik Azərbaycana da təsir göstərir. Amma bu təsir az olacaq, yoxsa çox - əsas məsələ budur. Türkiyədən gətirilən məhsulların dəyərində enmələr baş verəcək. Bunu artıq müşahidə edirik. Amma bir məqam da ondan ibarətdir ki, Azərbaycan ilə Türkiyə arasında ticarət əsasən dollar üzərindən həyata keçirilir və ona görə də bu dəyişikliyi o qədər də hiss edə bilmirik. Bütövlükdə lirənin ucuzlaşmasının Azərbaycana çox ciddi təsirlərinin olacağını düşünmürəm. Nəzərə alaq ki, manatın dollar ilə bağlantısı var. Sahibkarlar belə qeyri-müəyyənliklərdə qiymətləri dollar üzərindən çevirirlər. Amma əgər aramızdakı ticarət milli valyutalar üzərindən aparılsa idi, çox ciddi fərqin ola biləcəyini görərdik".O bildirib ki, 1 dollar 10 lirəyə çata bilər: "Amma bunun Türkiyəyə ikitərəfli təsiri var. Lirənin ucuzlaşması Türkiyənin ixracına müəyyən qədər müsbət təsir göstərir. Lakin bu, Türkiyədə istehsalı bahalaşdırır. Çünki Türkiyənin əsas istehsal sahələri önəmli ölçüdə idxaldan asılıdırlar. Lirə nə qədər ucuzlaşsa, idxal bahalaşır və xərclər artır. Bu da daxildə inflyasiya yaradır. Əgər 1 dollar 10 lirəyə yüksəlsə, hökumətin müvafiq addımlar atacağını düşünürəm. Çünki 10 lirə çox kritik bir həddir. Şirkətlərin 10 lirəlik kursa davam gətirmələri çox çətin olar"."Son dönəmdə onlayn ticarət məhsullarının dəyəri yüksəlir. Yəni satışı həyata keçirən Türkiyədəki şirkətlər dolların kursuna uyğunlaşırlar. Dollar bahalaşdıqca ölkədaxili inflyasiya baş verir və bir sıra məhsulların qiymətləri də qalxır. Xüsusilə tekstil sektorunda lirə ifadəsində çox ciddi bahalaşma var. Onlar özlərini sığortalamaq üçün dolların kursuna uyğunlaşırlar, başqa yolları da yoxdur. Hətta Türkiyədə icarə haqları belə dolların kursuna uyğunlaşdırılır. Türkiyədə lirə ifadəsində qiymətlərdə ciddi yüksəliş var. Oradakı bazar subyektləri dolların bahalaşmasına uyğunlaşmağa çalışırlar", - deyə ekspert əlavə edib.Həmçinin oxuyun:* Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib* Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?
https://sputnik.az/20211011/lirenin-manata-qarsi-mezennesi-tarixi-minimumu-yenileyib-434077611.html
https://sputnik.az/20201107/lirenin-ucuzashmasi-davam-edecek-425406269.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426601847_0:0:2731:2048_1920x0_80_0_0_4904119e0e747df2c8555b66b8826ee0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türk lirəsi, türkiyə, mərkəzi bank, ixrac
türk lirəsi, türkiyə, mərkəzi bank, ixrac
"Türkiyədən geyinənlərə" şad xəbər: bəzi məhsullar ucuzlaşacaq
18:00 12.10.2021 (Yenilənib: 10:30 13.10.2021) Türkiyədə dolların məzənnəsi 9 lirəni keçərək rekordu təzələməkdə davam edir. Təkcə son bir ayda lirə 8 faizə yaxın dəyərdən düşüb. İqtisadçı Sputnik Azərbaycan-a dolların bahalaşmasının səbəblərindən və sonrakı taleyindən danışıb.
BAKI, 12 oktyabr — Sputnik. Türkiyədə dollar bahalaşır. Mərkəzi Bankın faiz endirimindən sonra sürətlə yüksəlməyə başlayan dollar rekord ardınca rekord qırır. Dolların məzənnəsi artıq 9 lirəni keçib. Bu gün səhər dolların məzənnəsi 9,04-ə çataraq yeni rekord vurub. Təkcə sentyabrın əvvəlindən etibarən lirə 8 faizə yaxın ucuzlaşıb. İllik inflyasiya 19,58 faiz səviyyəsindədir və bu, son iki il yarım ərzində ən yüksək göstəricidir.
Bəs Türkiyədə dolların bahalaşmasının səbəbləri nədir və Azərbaycana təsirləri necə olacaq? 1 dollar 10 lirəyə çata bilərmi?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Sputnik Azərbaycan-a bildirib ki, Türkiyədə dolların bahalaşaması prosesini anlamaq üçün bu ölkənin iqtisadiyyatının strukturuna nəzər salmaq lazımdır:
"Türkiyə ixracyönümlü iqtisadiyyata malikdir və bu ixracı həyata keçirərkən önəmli həcmdə də idxal həyata keçirir. Yəni Türkiyənin iqtisadi artımı həm də ciddi şəkildə idxalı stimullaşdırır. Bunun səbəblərindən biri odur ki, enerjini, bir sıra xammalı, texnologiyanı xaricdən alır. Türkiyənin xarici ticarət balansında, xüsusilə də cari ödəmələr balansında zaman-zaman kəsirlər yaranır və bu kəsirlər lirənin ucuzlaşması üzərində təzyiq göstərir".
"Türkiyədə sərbəst valyuta bazarıdır, müdaxilə edilmir və tələb-təklifə uyğun olaraq valyutanın qiyməti müəyyənləşdirilir. Sadəcə, çox kritik həddə lirə dəyərdən düşəndə Mərkəzi Bank və xüsusilə də dövlət bankları bir sıra addımlar atır. Lirənin ucuzlaşmasının əsas səbəbi Türkiyənin xarici ticarəti ilə bağlıdır və eyni zamanda ölkədə çox ciddi inflyasiya var. Bir ölkənin daxilində inflyasiya varsa, bu, o deməkdir ki, onun pulu digər valyutalar qarşısında dəyərdən düşüb. Bütün bunlar lirənin üzrərində çox ciddi təzyiq yaradır", - deyə iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, digər tərəfdən, başqa faktor ondan ibarətdir ki, Türkiyə hökuməti ucuz faiz siyasətində israrlıdır:
"Ucuz faiz siyasətində israrlı olduğu üçün hələ də hökumətdən Mərkəzi Banka tapşırıqlar verilir. Türkiyədə Mərkəzi Bankın müstəqilliyi ilə bağlı da beynəlxalq bazarlarda problemlər var. Mərkəzi Bankın faizləri aşağı sala biləcəyi gözləntisi hələ də bazar subyektləri arasında var. Bu da Türkiyəyə portfel investisiyaların axınının qarşısını alır. Türkiyə öz valyuta ehtiyatlarını əsasən iki yolla təmin edir.
Birincisi, ixracatdır və bunun da önəmli hissəsi turizmdir. İkincisi, portfel investisiyalarıdır. Hazırda faizlərin enə biləcəyi gözləntiləri var ki, bu da portfel investisiyalarını azaldır. Digər tərəfdən, turizmdə, ixrac bazarlarında yaranan probemlər ixrac gəlirlərini azaldıb və daxili inflyasiya da bunun üzərinə gəlib. Belə olan halda lirənin dəyərdən düşməsi qaçılmazdır".
Lirənin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəlincə, ekspert bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
"Türkiyə bizim ixracda, idxalda da ilk sıralarda dayanan ölkədir. Ticarət tərəfdaşlarımızın valyutalarında baş verən dəyişiklik Azərbaycana da təsir göstərir. Amma bu təsir az olacaq, yoxsa çox - əsas məsələ budur. Türkiyədən gətirilən məhsulların dəyərində enmələr baş verəcək. Bunu artıq müşahidə edirik.
Amma bir məqam da ondan ibarətdir ki, Azərbaycan ilə Türkiyə arasında ticarət əsasən dollar üzərindən həyata keçirilir və ona görə də bu dəyişikliyi o qədər də hiss edə bilmirik. Bütövlükdə lirənin ucuzlaşmasının Azərbaycana çox ciddi təsirlərinin olacağını düşünmürəm. Nəzərə alaq ki, manatın dollar ilə bağlantısı var. Sahibkarlar belə qeyri-müəyyənliklərdə qiymətləri dollar üzərindən çevirirlər. Amma əgər aramızdakı ticarət milli valyutalar üzərindən aparılsa idi, çox ciddi fərqin ola biləcəyini görərdik".
O bildirib ki, 1 dollar 10 lirəyə çata bilər: "Amma bunun Türkiyəyə ikitərəfli təsiri var. Lirənin ucuzlaşması Türkiyənin ixracına müəyyən qədər müsbət təsir göstərir. Lakin bu, Türkiyədə istehsalı bahalaşdırır. Çünki Türkiyənin əsas istehsal sahələri önəmli ölçüdə idxaldan asılıdırlar. Lirə nə qədər ucuzlaşsa, idxal bahalaşır və xərclər artır. Bu da daxildə inflyasiya yaradır. Əgər 1 dollar 10 lirəyə yüksəlsə, hökumətin müvafiq addımlar atacağını düşünürəm. Çünki 10 lirə çox kritik bir həddir. Şirkətlərin 10 lirəlik kursa davam gətirmələri çox çətin olar".
"Son dönəmdə onlayn ticarət məhsullarının dəyəri yüksəlir. Yəni satışı həyata keçirən Türkiyədəki şirkətlər dolların kursuna uyğunlaşırlar. Dollar bahalaşdıqca ölkədaxili inflyasiya baş verir və bir sıra məhsulların qiymətləri də qalxır. Xüsusilə tekstil sektorunda lirə ifadəsində çox ciddi bahalaşma var. Onlar özlərini sığortalamaq üçün dolların kursuna uyğunlaşırlar, başqa yolları da yoxdur. Hətta Türkiyədə icarə haqları belə dolların kursuna uyğunlaşdırılır. Türkiyədə lirə ifadəsində qiymətlərdə ciddi yüksəliş var. Oradakı bazar subyektləri dolların bahalaşmasına uyğunlaşmağa çalışırlar", - deyə ekspert əlavə edib.