https://sputnik.az/20211022/deputat-toxunulmazligi-legv-olunan-eldeniz-selimovun-cinayet-isinin-istintaqi-bitdi-434500666.html
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun cinayət işinin istintaqı bitdi
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun cinayət işinin istintaqı bitdi
Sputnik Azərbaycan
BAKI, 22 oktyabr - Sputnik. Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun məhkəməsi başlayır. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T18:33+0400
2021-10-22T18:33+0400
2021-10-22T18:33+0400
cəmiyyət
məhkəmə
cinayət işi
millət vəkili
istintaq
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427616332_0:0:1025:577_1920x0_80_0_0_1ebebdc18e4db70bbccfbd300f57222d.jpg
BAKI, 22 oktyabr - Sputnik. Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun məhkəməsi başlayır.Sputnik Azərbaycan bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Eləcə də oxuyun:* Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb* Həbs edilən deputatla bağlı Milli Məclisdən yeni xəbər* Parlamentin İntizam Komissiyası daha iki deputata töhmət verib* Məhkəmə deputat Eldəniz Səlimov barədə qərar verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427616332_71:0:846:581_1920x0_80_0_0_ff95c9dd476ee1d237e7fec5d5eb450c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, cinayət işi, millət vəkili, istintaq
məhkəmə, cinayət işi, millət vəkili, istintaq
Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun cinayət işinin istintaqı bitdi
BAKI, 22 oktyabr - Sputnik. Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun məhkəməsi başlayır.
Sputnik Azərbaycan bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
* Eldəniz Səlimov
apellyasiya şikayətini geri götürüb
*
Həbs edilən deputatla bağlı Milli Məclisdən yeni xəbər
* Parlamentin İntizam Komissiyası
daha iki deputata töhmət verib