Parlamentin İntizam Komissiyası daha iki deputata töhmət verib

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
İndiyədək İntizam komissiyasının 5 iclası keçirilib, keçirilən iclasların ikisində Bəhruz Məhərrəmov və Könül Nurullayevaya töhmət verilib.
BAKI, 4 avqust - Sputnik. I çağırış Milli Məclisi fəaliyyətə başlayandan indiyədək parlamentin İntizam komissiyasının keçirilən iclaslarının sayı açıqlanıb.
Bunu Report-un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
O bildirib ki, indiyədək İntizam komissiyasının 5 iclası keçirilib. Həmin toplantılardan 3-ü deputatlarla bağlı olub. Belə ki, keçirilən iclasların ikisində deputatlara töhmət verilib. Həmin deputatlar Bəhruz Məhərrəmov və Könül Nurullayevadır.
Komissiyanın bir iclasında isə Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb və rəy qəbul olunub. Digər iki iclas isə komissiyanın tərkibinin formalaşdırılması və İntizam komissiyasının Əsasnaməsinin müzakirə edilməsi ilə bağlı olub".
Həmçinin oxuyun:
Məhkəmə deputat Eldəniz Səlimov barədə qərar verdi
"Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?
Milli Məclisin deputatına töhmət verildi
Xəbər lenti
0