CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə deputat Eldəniz Səlimov barədə qərar verdi

© Photo : REPORTЭльданиз Салимов, фото из архива
Эльданиз Салимов, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Parlamentin iclasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.
BAKI, 3 avqust — Sputnik. Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, E.Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
---------
18:18
Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov məhkəməyə gətirilib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.
---------
13:47
Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov saxlanılıb.
APA-nın əldə etdiyim məlumata görə, E. Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.
Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması
Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Baş prokurorun məsələ ilə bağlı çıxışı

“Bütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür”.
Bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı deputatların diqqətinə çatdıran zaman deyib.
“Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib və ondan sonra isə hadisə baş verib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyinə məlumat verib. Tərəfimizdən ilikin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub”, - o vurğulayıb.

Eldəniz Səlimovun YAP sıralarından xaric edilməsi

Deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə YAP Xaçmaz rayon təşkilatı məlumat yayıb. 
Məlumatda qeyd olunub ki, YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.
DİN Eldəniz Səlimovun məsələsi barədə: Polislər də qanun qarşısında cavabdehdirlər
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev medianın millət vəkili Eldəniz Səlimovla bağlı ünvanladığı suallara cavab verib. 
Sputnik Azərbaycan xəbər verir ki, DİN rəsmisi E.Hacıyev millət vəkili Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşlarını döyməsi məsələsinə Daxili İşlər Nazirliyinin münasibətini açıqlayıb. O qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur:
"Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur. Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunu qorumaq, vətəndaş məmnunluğunun təminatıdır. Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaq".
O müxtəlif iddialarla bağlı səsləndirilən fikirlərə cavab olaraq deyir ki, bu məsələdə iddiaların olması gözləniləndir. DİN rəsmisi bildirir ki, xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır: "İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır".
Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Milli Məclis Eldəniz Səlimov barədə ilkin qərar verdi
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.
E.Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.
İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.
Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Eləcə də oxuyun:
Baş Prokurorluq bıçaqlanan polis serjanti ilə bağlı məlumat yayıb
Milli Məclisin 53 deputatı Sahibə Qafarovaya müraciət edib
Yol göründü - Baş Prokuror Eldəniz Səlimovla bağlı parlamentə müraciət etdi
Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
Xəbər lenti
0