https://sputnik.az/20211015/pasinyan-turkiye-ile-munasibetlerin-normallasmasindan-danisib-434256686.html
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışıb
Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışıb
Sputnik Azərbaycan
BAKI, 15 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Türkiyə əlaqələrinin nizamlanmasına dair danışıqların başlanması... 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T16:35+0400
2021-10-15T16:35+0400
2021-10-15T16:35+0400
nikol paşinyan
dünya xəbərləri
türkiyə
ermənistan
qarabağ
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1c/426345618_0:104:2000:1229_1920x0_80_0_0_1ad986ff2c852447249536f204c6d758.jpg
BAKI, 15 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Türkiyə əlaqələrinin nizamlanmasına dair danışıqların başlanması Cənubi Qafqaz üçün faydalıdır və regionda uzunmüddətli sülhün bərqərar olması prosesini başladacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri MDB Dövlət Başçıları Şurasında çıxışı zamanı bildirib.Ermənistan Baş naziri həmçinin bildirib ki, Rusiya bu prosesi tam şəkildə dəstəkləməyə hazır olduğunu göstərir.Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: "Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük".Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhəd 1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən sonra rəsmi Ankaranın təşəbbüsü ilə bağlanıb.
https://sputnik.az/20211015/ilham-eliyev-qarabag-munaqisesi-kecmisde-qaldi-434246580.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1c/426345618_112:0:1889:1333_1920x0_80_0_0_8f044427366b1dfd40c276d985229b83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, türkiyə, ermənistan, qarabağ, münasibətlər
nikol paşinyan, türkiyə, ermənistan, qarabağ, münasibətlər
BAKI, 15 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Türkiyə əlaqələrinin nizamlanmasına dair danışıqların başlanması Cənubi Qafqaz üçün faydalıdır və regionda uzunmüddətli sülhün bərqərar olması prosesini başladacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri MDB Dövlət Başçıları Şurasında çıxışı zamanı bildirib.
Ermənistan Baş naziri həmçinin bildirib ki, Rusiya bu prosesi tam şəkildə dəstəkləməyə hazır olduğunu göstərir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: "Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük".
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhəd 1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən sonra rəsmi Ankaranın təşəbbüsü ilə bağlanıb.