https://sputnik.az/20211012/moskvada-putinle-pasinyanin-gorusu-baslayib-434146697.html
Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin
Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin
Sputnik Azərbaycan
Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir. 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T19:18+0400
2021-10-12T19:18+0400
2021-10-12T19:30+0400
rusiya
vladimir putin
putin
rusiya prezidenti vladimir putin
nikol paşinyan
baş nazir nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434147505_0:0:2849:1603_1920x0_80_0_0_2e3c007b4085dade2c8d709497c668e4.jpg
BAKI, 12 oktyabr — Sputnik. Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir. Görüşün jurnalistlər üçün açıq olan hissəsində Rusiya prezidenti deyib: “Biz sizinlə müntəzəm şəkildə əlaqə saxlayırıq, amma əlbəttə ki, lazım olan nəticəni əldə etmək üçün şəxsi görüşlər daha məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz formal və qeyri-formal şəraitdə danışıqlar aparacaq, bir yerdə şam yeməyi yeyəcək, gündəmi müzakirə edəcək, perspektivlər barədə danışacağıq". Yaxın günlərdə MDB ölkələrinin sammitinin keçiriləcəyini vurğulayan Putin Paşinyana öz tövsiyəsini verib: "İstərdim ki, siz də diqqətinizi buna və əlbəttə ki, qarşılıqlı əlaqələrə, o cümlədən, həm bu gün, həm də uzunmüddətli perspektivdə bölgədə vəziyyətin nizamlanmasına yönəldəsiniz”. ***19:02Moskvada Putinlə Paşinyanın görüşü başlayıbMoskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü başlayıb.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, görüşdə Putin Paşinyanla daim kontaktda olduğunu bildirib. Rusiya lideri qeyd edib ki, bununla belə, şəxsi görüşlər daha məhsuldar olur.Qeyd edək ki, iki ölkə liderlərinin Qarabağa dair üçtərəfli bəyanatının reallaşdırılması məsələsini müzakirə edəcəyi gözlənilir."Oktyabrın 12-də Moskvada RF Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. Görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsi ilə bağlı məsələlər, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır", - deyə Kremlin bu barədə yaydığı məlumatda bildirilirdi.Xatırladaq ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.Həmçinin oxuyun:* Putin Paşinyanla Qarabağ bəyannaməsinin reallaşdırılmasını müzakirə edəcək* Putin Paşinyanla görüşəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434147505_118:0:2849:2048_1920x0_80_0_0_6bc1886d93610a89b2fddcb13b6a4bbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir putin, putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, baş nazir nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
vladimir putin, putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, baş nazir nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin
19:18 12.10.2021 (Yenilənib: 19:30 12.10.2021) Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.
BAKI, 12 oktyabr — Sputnik. Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.
Görüşün jurnalistlər üçün açıq olan hissəsində Rusiya prezidenti deyib:
“Biz sizinlə müntəzəm şəkildə əlaqə saxlayırıq, amma əlbəttə ki, lazım olan nəticəni əldə etmək üçün şəxsi görüşlər daha məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz formal və qeyri-formal şəraitdə danışıqlar aparacaq, bir yerdə şam yeməyi yeyəcək, gündəmi müzakirə edəcək, perspektivlər barədə danışacağıq".
Yaxın günlərdə MDB ölkələrinin sammitinin keçiriləcəyini vurğulayan Putin Paşinyana öz tövsiyəsini verib:
"İstərdim ki, siz də diqqətinizi buna və əlbəttə ki, qarşılıqlı əlaqələrə, o cümlədən, həm bu gün, həm də uzunmüddətli perspektivdə bölgədə vəziyyətin nizamlanmasına yönəldəsiniz”.
Moskvada Putinlə Paşinyanın görüşü başlayıb
Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü başlayıb.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, görüşdə Putin Paşinyanla daim kontaktda olduğunu bildirib. Rusiya lideri qeyd edib ki, bununla belə, şəxsi görüşlər daha məhsuldar olur.
Qeyd edək ki, iki ölkə liderlərinin Qarabağa dair üçtərəfli bəyanatının reallaşdırılması məsələsini müzakirə edəcəyi gözlənilir.
"Oktyabrın 12-də Moskvada RF Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. Görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsi ilə bağlı məsələlər, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır", - deyə Kremlin bu barədə yaydığı məlumatda bildirilirdi.
Xatırladaq ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.