https://sputnik.az/20211021/onlardan-hami-cana-doydu---sernisinler-de-bna-da-434433987.html
Onlardan hamı cana doydu - sərnişinlər də, BNA da
Onlardan hamı cana doydu - sərnişinlər də, BNA da
Sputnik Azərbaycan
Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T13:04+0400
2021-10-21T13:04+0400
2021-10-21T13:15+0400
cəmiyyət
avtobus
narazılıq
xəbərdarlıq
bna
sərnişindaşıma
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_0:0:1231:692_1920x0_80_0_0_1b910b4e40d3a5b4555152077034fd46.jpg
BAKI, 21 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Bu barədə Sputnik Azərbaycan-a BNA-dan bildirilib.Təhlillərə əsasən, 40-202 daşıyıcı şirkət "Çinar-Trans" MMC, 44-daşıyıcı şirkət "Şidili" MMC, 77-daşıyıcı fiziki şəxs Malik Orucov, 119-135 daşıyıcı şirkət "Faiqoğlu", 149-164 daşıyıcı şirkət "BMH" MMC, 163 daşıyıcı şirkət "Grand-Bus" MMC, 214 daşıyıcı şirkət "Ayşən-LTD" MMC müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.Avtobuslarda nədən narazısınız?Eləcə də oxuyun:* Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib* Azərbaycanda taksi sürücülərinin psixoloji durumlarının yoxlanılması ilə bağlı təklif var* Qanunsuz sərnişindaşımalara qarşı sərt tədbirlərə başlanılır
https://sputnik.az/20211019/ctimai-neqliyyatda-gedishaqqi-artirilacaqmi-434383419.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_152:0:1075:692_1920x0_80_0_0_db759427c06c7d5d5af473203788a699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtobus, narazılıq, xəbərdarlıq, bna, sərnişindaşıma
avtobus, narazılıq, xəbərdarlıq, bna, sərnişindaşıma
Onlardan hamı cana doydu - sərnişinlər də, BNA da
13:04 21.10.2021 (Yenilənib: 13:15 21.10.2021) Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
BAKI, 21 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Bu barədə
Sputnik Azərbaycan-a BNA-dan bildirilib.
Təhlillərə əsasən, 40-202 daşıyıcı şirkət "Çinar-Trans" MMC, 44-daşıyıcı şirkət "Şidili" MMC, 77-daşıyıcı fiziki şəxs Malik Orucov, 119-135 daşıyıcı şirkət "Faiqoğlu", 149-164 daşıyıcı şirkət "BMH" MMC, 163 daşıyıcı şirkət "Grand-Bus" MMC, 214 daşıyıcı şirkət "Ayşən-LTD" MMC müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.
Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.
Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.
Avtobuslarda nədən narazısınız?