https://sputnik.az/20211015/azerbaycan-iran-munasibetlerinde-gerginlik-irani-ne-tehrik-edir-434245890.html
Azərbaycan-İran münasibətlərində gərginlik: İranı nə təhrik edir?
Azərbaycan-İran münasibətlərində gərginlik: İranı nə təhrik edir?
Sputnik Azərbaycan
Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginlik müvəqqəti xarakter daşıyır. Bu fikri Sputnik Azərbaycan-a müsahibəsində Qafqaz Tarix Mərkəzinin... 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T14:25+0400
2021-10-15T14:25+0400
2021-10-16T11:12+0400
video
iran
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434245952_0:0:1920:1080_1920x0_80_0_0_234346492b8b9f5290b22219bd31e618.jpg
Ekspertin sözlərinə görə, bu problem müəyyən qədər İranın mövcud hakimiyyətindən asılıdır. Belə ki, ənənəvi olaraq, qonşu ölkədə islahatçılar hakimiyyətə gələndə İranın xarici siyasətində yumşalma müşahidə olunur. Əksinə, mühafizəkarlar isə daha sərt siyasət yürüdürlər və bu da sözsüz ki, Azərbaycan-İran münasibətlərinə öz təsirini göstərir.Rizvan Hüseynov qeyd edib ki, iki ölkə münasibətlərindəki təxribatlar Yaxın Şərq və Cənubi Qafqazdakı gərgin vəziyyət fonunda baş verib. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında gedən və ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük müharibəni qeyd etmək olar. Bununla belə, ekspert əmindir ki, İran həm Xəzəryanı bölgədə, həm də Cənubi Qafqaz bölgəsində nəqliyyat-logistika da daxil olmaqla, uzun illər müzakirə olunan layihələr nöqteyi-nəzərindən hərəkət edəcək.Ekspert bu fikirdədir ki, hər bir halda İranın hansı motivlər əsasında hərəkət etdiyini anlamaq üçün məsələyə daha dərindən nəzər salmaq lazımdır, məsələn, böyük ehtimalla regiona həyatda keçirilən yeni layihələrin şərtləri Çini qane etmir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0f/434245952_253:0:1693:1080_1920x0_80_0_0_072ee99e81f2caa0a83452223bb6a75b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, видео, azərbaycan
Azərbaycan-İran münasibətlərində gərginlik: İranı nə təhrik edir?
14:25 15.10.2021 (Yenilənib: 11:12 16.10.2021) Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginlik müvəqqəti xarakter daşıyır. Bu fikri Sputnik Azərbaycan-a müsahibəsində Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov səsləndirib.
Ekspertin sözlərinə görə, bu problem müəyyən qədər İranın mövcud hakimiyyətindən asılıdır. Belə ki, ənənəvi olaraq, qonşu ölkədə islahatçılar hakimiyyətə gələndə İranın xarici siyasətində yumşalma müşahidə olunur. Əksinə, mühafizəkarlar isə daha sərt siyasət yürüdürlər və bu da sözsüz ki, Azərbaycan-İran münasibətlərinə öz təsirini göstərir.
Rizvan Hüseynov qeyd edib ki, iki ölkə münasibətlərindəki təxribatlar Yaxın Şərq və Cənubi Qafqazdakı gərgin vəziyyət fonunda baş verib. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında gedən və ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük müharibəni qeyd etmək olar. Bununla belə, ekspert əmindir ki, İran həm Xəzəryanı bölgədə, həm də Cənubi Qafqaz bölgəsində nəqliyyat-logistika da daxil olmaqla, uzun illər müzakirə olunan layihələr nöqteyi-nəzərindən hərəkət edəcək.
Ekspert bu fikirdədir ki, hər bir halda İranın hansı motivlər əsasında hərəkət etdiyini anlamaq üçün məsələyə daha dərindən nəzər salmaq lazımdır, məsələn, böyük ehtimalla regiona həyatda keçirilən yeni layihələrin şərtləri Çini qane etmir.