https://sputnik.az/20211018/narkotrafikin-kesilmis-yolu-ran-dayanmamaqda-israrlidir-434339688.html
Narkotrafikin kəsilmiş yolu: İran dayanmamaqda israrlıdır
Narkotrafikin kəsilmiş yolu: İran dayanmamaqda israrlıdır
Sputnik Azərbaycan
Həmin ərazilərin təkcə narkotrafik deyil, eyni zamanda terror təşkilatlarının fəaliyyəti üçün istifadə edilməsi kimsəyə sirr deyil. 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T21:00+0400
2021-10-18T21:00+0400
2021-10-18T21:00+0400
gömrük
təhlil
narkotik
iran xin
türkiyə
prezident ilham əliyev
iran
narkotik maddə
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_0:0:1509:850_1920x0_80_0_0_aa1238616038740bc5d6538afb6dc56b.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 99%-dən çoxu İran ilə həmsərhəd Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük postlarından ölkəmizə keçirilməsi zamanı aşkarlanıb. Azərbaycan tərəfi gömrükdə bunları aşkarlasa da, İran tərəfi nədənsə nəzarəti həyata keçirə bilmir.Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında İran haqqında danışıb: "Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib. Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb və təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".Azərbaycan tərəfi torpaqlarının işğalda qaldığı müddətdə həmin ərazilərin narkotrafik üçün istifadə edildiyini dəfələrlə bəyan edib. Həmin ərazilərin təkcə narkotrafik deyil, eyni zamanda terror təşkilatlarının fəaliyyəti üçün istifadə edilməsi kimsəyə sirr deyil.Sputnik Azərbaycan İran və Ermənistanın narkoticarət əməkdaşlığı ilə bağlı millət vəkili Arzu Nağıyevin, politoloq Ramiyə Məmmədovanın və Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlilinin fikirlərini öyrənib.Millət vəkili Arzu Nağıyev bildirib ki, Azərbaycan torpaqlarını azad etməklə regional təhlükəsizliyə olan təhdidin qarşısını alıb: "Uzun illər işğal davam etdiyi müddətdə 130 kilometrlik bir boz zona narkotrafik üçün keçid rolunu oynayıb. Bunu BMT-nin məruzələrində də görə bilərik. Azərbaycan sərhədlərinə çıxdıqdan sonra bunun qarşısı alındı. İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamandan qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır".Millət vəkili vurğulayıb ki, bu baxımdan İranın hansısa məsələdə Azərbaycana irad tutmağa haqqı yoxdur: "Hələ münaqişə başa çatmazdan öncə də regionda qurulacaq yeni düzəndən İran narahatlıq duyurdu. Türkiyənin regionda mövcud olması, həmçinin Pakistanın da artıq regiona gəlməsi İranı qorxudur, İslam aləmində onu nüfuzdan salacağını düşünür".Politoloq Ramiyə Məmmədova hesab edir ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı fikirləri beynəlxalq miqyasda da sübut oluna bilər: "Azərbaycanın əlində bununla bağlı yetərincə dəlillər mövcuddur. Amma bunu da qeyd etməliyik ki, Qərb dövlətləri 30 ilə yaxın müddət ərzində işğal altında qalan Azərbaycan ərazilərinin narkotrafik üçün istifadə edildiyini çox gözəl bilirdi. Azərbaycan bu iddialarını beynəlxalq məhkəməyə daşımaq hüququna sahibdir. Bu baxımdan beynəlxalq məhkəmədə Azərbaycan-İran qarşıdurmasını görə bilərik. Azərbaycan İranın aqressiv addımları qarşısında beynəlxalq hüquq yolu ilə məsələlərin həllinə çalışa bilər".Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili isə deyir ki, İran regionda yaranmış reallıqları qəbullanmaqda çətinlik çəkir: "Bu baxımdan rəsmi Bakı İrana əvvəlki illərdəki fəaliyyətləri ilə bağlı xatırlatmalar edir. Amma düşünürəm ki, rəsmi Bakı və Tehranın münasibətlərinin normallaşma potensialı var. Əvvəlki dövrlərdə də müxtəlif mövzular ətrafında yaranmış gərgin vəziyyətlər dialoqlar vasitəsilə həllini tapıb. Azərbaycan İranın son otuz ildə nə ilə məşğul olduğunu bilir. Düşünürəm ki, bu proseslər həm də İranın daxilində gedən məsələlərdən qaynaqlanır. Buna uyğun olaraq da Azərbaycan yeni cavab reaksiyaları hazırlaya bilər".Həmçinin oxuyun: * Köhnə İran, bağlanan narkotrafik, Qafqazı gözləyən soyuq qış* Azərbaycan-İran münasibətlərində gərginlik: İranı nə təhrik edir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_69:0:1509:1080_1920x0_80_0_0_3c6567eb2f8b14cd066d6ffcd730c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gömrük, narkotik, iran xin, türkiyə, prezident ilham əliyev, iran, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
gömrük, narkotik, iran xin, türkiyə, prezident ilham əliyev, iran, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
Narkotrafikin kəsilmiş yolu: İran dayanmamaqda israrlıdır
Həmin ərazilərin təkcə narkotrafik deyil, eyni zamanda terror təşkilatlarının fəaliyyəti üçün istifadə edilməsi kimsəyə sirr deyil.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub.
Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 99%-dən çoxu İran ilə həmsərhəd Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük postlarından ölkəmizə keçirilməsi zamanı aşkarlanıb. Azərbaycan tərəfi gömrükdə bunları aşkarlasa da, İran tərəfi nədənsə nəzarəti həyata keçirə bilmir.
Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında İran haqqında danışıb: "Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib. Beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb və təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".
Azərbaycan tərəfi torpaqlarının işğalda qaldığı müddətdə həmin ərazilərin narkotrafik üçün istifadə edildiyini dəfələrlə bəyan edib. Həmin ərazilərin təkcə narkotrafik deyil, eyni zamanda terror təşkilatlarının fəaliyyəti üçün istifadə edilməsi kimsəyə sirr deyil.
Sputnik Azərbaycan İran və Ermənistanın narkoticarət əməkdaşlığı ilə bağlı millət vəkili Arzu Nağıyevin, politoloq Ramiyə Məmmədovanın və Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlilinin fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Azərbaycan torpaqlarını azad etməklə regional təhlükəsizliyə olan təhdidin qarşısını alıb: "Uzun illər işğal davam etdiyi müddətdə 130 kilometrlik bir boz zona narkotrafik üçün keçid rolunu oynayıb. Bunu BMT-nin məruzələrində də görə bilərik. Azərbaycan sərhədlərinə çıxdıqdan sonra bunun qarşısı alındı. İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamandan qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır".
Millət vəkili vurğulayıb ki, bu baxımdan İranın hansısa məsələdə Azərbaycana irad tutmağa haqqı yoxdur: "Hələ münaqişə başa çatmazdan öncə də regionda qurulacaq yeni düzəndən İran narahatlıq duyurdu. Türkiyənin regionda mövcud olması, həmçinin Pakistanın da artıq regiona gəlməsi İranı qorxudur, İslam aləmində onu nüfuzdan salacağını düşünür".
Politoloq Ramiyə Məmmədova hesab edir ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı fikirləri beynəlxalq miqyasda da sübut oluna bilər: "Azərbaycanın əlində bununla bağlı yetərincə dəlillər mövcuddur. Amma bunu da qeyd etməliyik ki, Qərb dövlətləri 30 ilə yaxın müddət ərzində işğal altında qalan Azərbaycan ərazilərinin narkotrafik üçün istifadə edildiyini çox gözəl bilirdi. Azərbaycan bu iddialarını beynəlxalq məhkəməyə daşımaq hüququna sahibdir. Bu baxımdan beynəlxalq məhkəmədə Azərbaycan-İran qarşıdurmasını görə bilərik. Azərbaycan İranın aqressiv addımları qarşısında beynəlxalq hüquq yolu ilə məsələlərin həllinə çalışa bilər".
Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili isə deyir ki, İran regionda yaranmış reallıqları qəbullanmaqda çətinlik çəkir: "Bu baxımdan rəsmi Bakı İrana əvvəlki illərdəki fəaliyyətləri ilə bağlı xatırlatmalar edir. Amma düşünürəm ki, rəsmi Bakı və Tehranın münasibətlərinin normallaşma potensialı var. Əvvəlki dövrlərdə də müxtəlif mövzular ətrafında yaranmış gərgin vəziyyətlər dialoqlar vasitəsilə həllini tapıb.
Azərbaycan İranın son otuz ildə nə ilə məşğul olduğunu bilir. Düşünürəm ki, bu proseslər həm də İranın daxilində gedən məsələlərdən qaynaqlanır. Buna uyğun olaraq da Azərbaycan yeni cavab reaksiyaları hazırlaya bilər".