https://sputnik.az/20211018/kohne-ran-baglanan-narkotrafik-qafqazi-gozleyen-soyuq-qis-434308887.html
Köhnə İran, bağlanan narkotrafik, Qafqazı gözləyən soyuq qış
Köhnə İran, bağlanan narkotrafik, Qafqazı gözləyən soyuq qış
Sputnik Azərbaycan
Sputnik Azərbaycan ötən həftənin ən maraqlı yeddi məqamını təqdim edir. 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T11:00+0400
2021-10-18T11:00+0400
2021-10-18T11:00+0400
yazarlar
həftənin xülasəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427629892_0:0:3076:1731_1920x0_80_0_0_e9deb03064dece858c30f6038ce31a2f.jpg
Köhnə İranİranın bugünkü davranışının tarixi prototipi var. 1918-ci ildə Cümhuriyyətin müstəqilliyini Tehran 1920-ci ilə qədər tanımamışdı. Yalnız Paris Sülh Konfransında Azərbaycanın tanınması İranı da buna məcbur etdi. Ancaq hətta bundan sonra da Tehran 2 ay düşündü – mart ayında tanımanı elan etdi, ancaq onu da ratifikasiya etməmiş aprel ayında bolşeviklər Cümhuriyyəti devirdilər.İndi Türkiyənin, Pakistanın, Səudiyyə Ərəbistanın, hətta Cibutinin belə diplomatik münasibətlər qurmadığı Ermənistana İranın “can deyib, can eşitməsi”, bu ölkə üçün süni nəfəs aparatı rolunda çıxış etməsi çox da təəccüb doğurmur. Konstitusiyasında özünü islam mühafizəkarı elan edən İran dığalar məscidlərdə donuz saxlayanda nəinki susmuşdu, tariximizə və təbiətimizə qarşı yönəlmiş terrorun iştirakçısı idi...İndi İranı qəzəbləndirən bir məsələ də var – nəzarətsiz Qarabağdan Avropaya doğru uzanan narkotik marşrutunun bağlanması. İran bu qeyri-leqal gəlirlə çox işlərini aşırırdı, bundan sonra necə olacaq?! Ac adam əsəbi olur axı. Ona görə də qonşularımızın emosionallığını başa düşürük, bir az su içsinlər, keçəcək.Ermənilərin isə içməyə suyu da azalıbTorpaqlarımızı işğaldan azad etməklə həm də bir çox su mənbələrini nəzarətimizə qaytardıq. İndi Xankəndidəki su böhranı həm də enerji sıxıntısı ilə müşayiət olunur. Elə Ermənistan da oxşar problemi yaşayır. Təkcə Laçın və Kəlbəcərdə 30-dan çox su elektrik stansiyası əldən çıxıb. Ermənistan özü Qarabağ ərazisindən enerji ilə qidalanırdı, üstəlik buradan İrana enerji satırdı və s. Qarabağdakı su qovşaqlarından Ermənistana nə az, nə çox - 300 meqaVatt enerji ötürülürdü.İndi Ermənistanı soyuq qış gözləyir. Yeganə istilik axını Şərqdən – Azərbaycandan gələ bilər, bunun üçünsə İrəvan ağlını başına yığmalıdır.Bu ağılla İrəvan öz xalqını dünyanın ən müflis, ən geridəqalmışları sırasında fəxri kürsünün ən yüksək pilləsinə çıxaracaq.Səfalət artırBMT-nin son məlumatına görə, pandemiya səbəbindən dünyada 160 milyon insan aclıqla üzləşib, 100 milyon azyaşlı isə tədris prosesindən kənarda qalmaq təhlükəsilə qarşılaşıb.Əfqanıstanda daha bir məsciddə terror baş verib: həlak olanların sayı 62, yaralıların sayı isə 70 nəfər.Somalidə terror aktları 20-dən çox insanın həyatına son qoyub. Tayvanda çoxmərtəbəli binada baş verən yanğın səbəbindən 50-dək sakin həlak olub. Çinin Şansi vilayətində qasırğa və daşqına görə 2 milyon nəfər evlərini tərk edib. Fəlakət zonasında 20 mindən çox ev dağılıb, 120 minədək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.Qalxdılar: İşıq, qaz və maaşlarSuyun və işığın qiyməti qalxdı. Mütəəssirik, ancaq gəlin, əyri oturaq, düz danışaq, bizim su, işıq, qazı qənaətlə işlətmək vərdişlərimiz yoxdur. Baxırsan, su axıb küçələrdə gölməçələr yaradıb, gündüz vaxtı küçə işıqları günəşə “kömək edir”, evdə, işdə istifadə etmədiyimiz suyu, işığı söndürməyi lazım bilmirik və s. Ancaq nəzərə almalıyıq ki, onlar təbiətdən gedir. Bəlkə, qiymətləri artırmaqla bu resurslara qənaəti təmin etmək olar.Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq xərcinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır. Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Ümid edək ki, sahibkarlar alıcılardan 5 qatını çıxarmayacaqlar...Əziz Tarif Şurasının qiymətləri qaldırması barədə qərarı, sosial şəbəkələrə baxdıqda da hiss olunur ki, həyəcana səbəb oldu. Yaxşı ki, dövlət başçısı maaşların artımı ilə bağlı sərəncam imzaladı. Bu, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu ilə bağlı emosiyanı bir qədər azaltdı. Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşın əmək haqqının artımını təmin edəcək.Ölüm maşınlarıBakıda, aeroport yolunda 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verdi. Qəzanı törədən isə 19 yaşlı tələbə idi.Qubada baş verən ağır yol qəzasında isə dörd nəfər öldü. “VAZ-2107” yoldan çıxaraq ağaca çırpılıb. Şübhəsiz, sürət həddi sürücüyə maşını “yığışdırmağa” imkan verməyib.Yolda, harada “07” görsəniz, ona təhlükə mənbəyi kimi baxa bilərsiniz. Maşının özünün etibarsızlığı ilə yanaşı, onu sürənlər də sanki “seçilmişlərdir” – avtoşluğa meyillilərdir....yenə gözlərimiz axırBu arada Rusiyada ötən gün 18 nəfər spirtdən zəhərlənərək ölüb.Spirtli içki İkinci Dünya Müharibəsində soyuğa qarşı dayanıqlılığı təmin etməkdə, əhval-ruhiyyəni yüksəltməkdə ruslara çox kömək etmişdi.1941-ci ildən etibarən Stalin hərbçilərin qida rasionuna gündəlik olaraq 100 qram arağın əlavə edilməsi barədə qərar verib. Bu qərar 1945-ci ilin iyun ayına qədər qüvvədə qalıb. Amma indi... yəni, içməyin də bir həddi var...Onlar belə sağdırHəftənin ən təsirli görüntülərindən biri Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində yanğın zamanı qeydə alındı.Telefon mağazasının sahibi yanğın zamanı obyektindən mal-mülkünü yox, Milli Qəhrəman, general-mayor Polad Həşimovun fotosu olan plakatı sökərək oradan çıxarır.Bu xalq Qarabağı geri almalıydı... Şimalda, cənubda kimin nə arzulamasından asılı olmayaraq...
https://sputnik.az/20211015/lham-eliyev-ranla-ermenistanin-mekrli-plani-barede-30-il-elbir-olub-434248228.html
https://sputnik.az/20210929/tarif-surasnn-iclas-keirildi-hans-msly-baxlb-433641393.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427629892_223:0:2952:2047_1920x0_80_0_0_c6ed59e5489702bfe881732ce135d13d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
həftənin xülasəsi
Köhnə İran, bağlanan narkotrafik, Qafqazı gözləyən soyuq qış
Sputnik Azərbaycan ötən həftənin ən maraqlı yeddi məqamını təqdim edir.
İranın bugünkü davranışının tarixi prototipi var. 1918-ci ildə Cümhuriyyətin müstəqilliyini Tehran 1920-ci ilə qədər tanımamışdı. Yalnız Paris Sülh Konfransında Azərbaycanın tanınması İranı da buna məcbur etdi. Ancaq hətta bundan sonra da Tehran 2 ay düşündü – mart ayında tanımanı elan etdi, ancaq onu da ratifikasiya etməmiş aprel ayında bolşeviklər Cümhuriyyəti devirdilər.
İndi Türkiyənin, Pakistanın, Səudiyyə Ərəbistanın, hətta Cibutinin belə diplomatik münasibətlər qurmadığı Ermənistana İranın “can deyib, can eşitməsi”, bu ölkə üçün süni nəfəs aparatı rolunda çıxış etməsi çox da təəccüb doğurmur. Konstitusiyasında özünü islam mühafizəkarı elan edən İran dığalar məscidlərdə donuz saxlayanda nəinki susmuşdu, tariximizə və təbiətimizə qarşı yönəlmiş terrorun iştirakçısı idi...
İndi İranı qəzəbləndirən bir məsələ də var – nəzarətsiz Qarabağdan Avropaya doğru uzanan narkotik marşrutunun bağlanması. İran bu qeyri-leqal gəlirlə çox işlərini aşırırdı, bundan sonra necə olacaq?! Ac adam əsəbi olur axı. Ona görə də qonşularımızın emosionallığını başa düşürük, bir az su içsinlər, keçəcək.
Ermənilərin isə içməyə suyu da azalıb
Torpaqlarımızı işğaldan azad etməklə həm də bir çox su mənbələrini nəzarətimizə qaytardıq. İndi Xankəndidəki su böhranı həm də enerji sıxıntısı ilə müşayiət olunur. Elə Ermənistan da oxşar problemi yaşayır. Təkcə Laçın və Kəlbəcərdə 30-dan çox su elektrik stansiyası əldən çıxıb. Ermənistan özü Qarabağ ərazisindən enerji ilə qidalanırdı, üstəlik buradan İrana enerji satırdı və s. Qarabağdakı su qovşaqlarından Ermənistana nə az, nə çox - 300 meqaVatt enerji ötürülürdü.
İndi Ermənistanı soyuq qış gözləyir. Yeganə istilik axını Şərqdən – Azərbaycandan gələ bilər, bunun üçünsə İrəvan ağlını başına yığmalıdır.
Bu ağılla İrəvan öz xalqını dünyanın ən müflis, ən geridəqalmışları sırasında fəxri kürsünün ən yüksək pilləsinə çıxaracaq.
BMT-nin son məlumatına görə, pandemiya səbəbindən dünyada 160 milyon insan aclıqla üzləşib, 100 milyon azyaşlı isə tədris prosesindən kənarda qalmaq təhlükəsilə qarşılaşıb.
Əfqanıstanda daha bir məsciddə terror baş verib: həlak olanların sayı 62, yaralıların sayı isə 70 nəfər.
Somalidə terror aktları 20-dən çox insanın həyatına son qoyub. Tayvanda çoxmərtəbəli binada baş verən yanğın səbəbindən 50-dək sakin həlak olub. Çinin Şansi vilayətində qasırğa və daşqına görə 2 milyon nəfər evlərini tərk edib. Fəlakət zonasında 20 mindən çox ev dağılıb, 120 minədək sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qalxdılar: İşıq, qaz və maaşlar
Suyun və işığın qiyməti qalxdı. Mütəəssirik, ancaq gəlin, əyri oturaq, düz danışaq, bizim su, işıq, qazı qənaətlə işlətmək vərdişlərimiz yoxdur. Baxırsan, su axıb küçələrdə gölməçələr yaradıb, gündüz vaxtı küçə işıqları günəşə “kömək edir”, evdə, işdə istifadə etmədiyimiz suyu, işığı söndürməyi lazım bilmirik və s. Ancaq nəzərə almalıyıq ki, onlar təbiətdən gedir. Bəlkə, qiymətləri artırmaqla bu resurslara qənaəti təmin etmək olar.
Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq xərcinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır. Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Ümid edək ki, sahibkarlar alıcılardan 5 qatını çıxarmayacaqlar...
Əziz Tarif Şurasının qiymətləri qaldırması barədə qərarı, sosial şəbəkələrə baxdıqda da hiss olunur ki, həyəcana səbəb oldu. Yaxşı ki, dövlət başçısı maaşların artımı ilə bağlı sərəncam imzaladı. Bu, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu ilə bağlı emosiyanı bir qədər azaltdı. Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşın əmək haqqının artımını təmin edəcək.
Bakıda, aeroport yolunda 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verdi. Qəzanı törədən isə 19 yaşlı tələbə idi.
Qubada baş verən ağır yol qəzasında isə dörd nəfər öldü. “VAZ-2107” yoldan çıxaraq ağaca çırpılıb. Şübhəsiz, sürət həddi sürücüyə maşını “yığışdırmağa” imkan verməyib.
Yolda, harada “07” görsəniz, ona təhlükə mənbəyi kimi baxa bilərsiniz. Maşının özünün etibarsızlığı ilə yanaşı, onu sürənlər də sanki “seçilmişlərdir” – avtoşluğa meyillilərdir.
Bu arada Rusiyada ötən gün 18 nəfər spirtdən zəhərlənərək ölüb.
Spirtli içki İkinci Dünya Müharibəsində soyuğa qarşı dayanıqlılığı təmin etməkdə, əhval-ruhiyyəni yüksəltməkdə ruslara çox kömək etmişdi.
1941-ci ildən etibarən Stalin hərbçilərin qida rasionuna gündəlik olaraq 100 qram arağın əlavə edilməsi barədə qərar verib. Bu qərar 1945-ci ilin iyun ayına qədər qüvvədə qalıb. Amma indi... yəni, içməyin də bir həddi var...
Həftənin ən təsirli görüntülərindən biri Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində yanğın zamanı qeydə alındı.Telefon mağazasının sahibi yanğın zamanı obyektindən mal-mülkünü yox, Milli Qəhrəman, general-mayor Polad Həşimovun fotosu olan plakatı sökərək oradan çıxarır.
Bu xalq Qarabağı geri almalıydı... Şimalda, cənubda kimin nə arzulamasından asılı olmayaraq...