NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya qazın həddən artıq baha olmasında maraqlı deyil - Novak

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də neftin bir barelinin qiymətinin 100 dollardan baha olacağını istisna etməyib.
BAKI, 13 oktyabr - Sputnik. Rusiya qazın qiymətinin həddən artıq qalxmasında maraqlı deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rusiya enerji həftəsi" forumunda deyib.
O əlavə edib ki, çünki yenilənən mənbələrə keçidin sürətlənməsi riski var.
"Yanacaqlararası rəqabət var, enerji ehtiyatlarının bir növünün qiyməti qalxanda digər, daha ucuz olanlara qarşı tələbat da artmağa başlayır", - Novak qeyd edib.
"Biz də bu riskləri görürük, prezident də bu gün bunu qeyd etdi ki, qiymətlərin baha olmasında maraqlı deyilik. Onlar rəqabətədavamlı olmalıdır", - nazir müavini bildirib.
Son günlər həmçinin bahalaşan neftin qiymətlərinə gəlincə, Novak bir barelə görə qiymətin 100 dollara çatmasını istisna etməyib.
"Bu gün artıq 83 dollardır (neftin bir barelinin qiyməti - red.). Doğrudan da, qiymətlər bir yerdə dayanmır, gah qalxır, gah düşür. Bazarda şərait imkan versə, 100 dollar da ola bilər. Ümid edirik ki, şərait tarazlaşacaq", - Novak qeyd edib.
Qaz kəmərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2021
NEFT-QAZ
Avropa Birliyi Rusiyadan daha çox qaz ala bilər
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də neftin bir barelinin qiymətinin 100 dollardan baha olacağını istisna etməyib.
2018-ci il oktyabrın 10-dan bəri ilk dəfə olaraq Brent neftinin qiyməti bazar ertəsi bir barelə görə 84 dollar olub. Hazırda bir barelə görə qiymət 82-83 dollar aralığındadır.
"Rusiya enerji həftəsi" forumu oktyabrın 13-15-də Moskvada keçirilir.
Eləcə də oxuyun:
* Neft bazarı dirçəlir - Rusiya baş nazirinin müavini
* Yuşkov: Avropanın enerji böhranında əslində kim günahkardır?
Xəbər lenti
0