https://sputnik.az/20211011/avropa-birliyi-rusiyadan-daha-cox-qaz-ala-biler-434118630.html
Avropa Birliyi Rusiyadan daha çox qaz ala bilər
Avropa Birliyi Rusiyadan daha çox qaz ala bilər
Sputnik Azərbaycan
Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın "Şimal Axını-2"ni işə salmaq naminə qazın qiymətinə təsir göstərməyə çalışdığı barədə bəyanatları cəfəngiyat... 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T23:54+0400
2021-10-11T23:54+0400
2021-10-12T17:23+0400
qaz
avropa birliyi
neft-qaz
dünya
https://cdnn1.img.sputnik.az/img/41210/49/412104918_0:0:2048:1152_1920x0_80_0_0_ee5e6bdc17b797f6e0bb20a4c7faf3a4.jpg
BAKI, 11 oktyabr — Sputnik. Brüsselə əlavə həcmdə Rusiya qazı lazım ola bilər. Bu barədə AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel "El Pais" qəzetinə verdiyi müsahibədə bildirib.Jurnalistin "Şimal axını-2" ilə bağlı olaraq enerji qiymətlərinin artımı və təzyiqlər arasındakı əlaqə ilə bağlı sualını cavablandıran diplomat bildirib ki, Moskva qaz kəmərinin sertifikatlaşdırılması məsələsini öz xeyrinə bu cür həll etməyə çalışır. Eyni zamanda, o, Avropanın hələ də Rusiyanın yanacağına ehtiyacının olduğunu etiraf edib.Borrelin sözlərinə görə, hazırkı vəziyyətdə müqavilədə göstərildiyindən daha çox ehtiyac olacaq.Son həftələrdə dünya enerji qiymətlərində rekord artım müşahidə olunub. Mütəxəssislər qitədə yeraltı qaz anbarlarının doldurulması səviyyəsinin aşağı olan fyuçerslərin qiymətinin kəskin artmasını, həmçinin Asiyada LNG-yə yüksək tələbatın olmasını izah ediblər.Vladimir Putin qeyd edib ki, Rusiya mavi yanacaqla vəziyyəti sabitləşdirməyə kömək etməyə hazırdır.Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın "Şimal Axını-2"ni işə salmaq naminə qazın qiymətinə təsir göstərməyə çalışdığı barədə bəyanatları cəfəngiyat adlandırıb.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41210/49/412104918_256:0:1792:1152_1920x0_80_0_0_3517ce3690af263d951798437902d3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, avropa birliyi, dünya
qaz, avropa birliyi, dünya
Avropa Birliyi Rusiyadan daha çox qaz ala bilər
23:54 11.10.2021 (Yenilənib: 17:23 12.10.2021) Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın "Şimal Axını-2"ni işə salmaq naminə qazın qiymətinə təsir göstərməyə çalışdığı barədə bəyanatları cəfəngiyat adlandırıb.
BAKI, 11 oktyabr — Sputnik. Brüsselə əlavə həcmdə Rusiya qazı lazım ola bilər. Bu barədə AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel "El Pais" qəzetinə verdiyi müsahibədə bildirib.
Jurnalistin "Şimal axını-2" ilə bağlı olaraq enerji qiymətlərinin artımı və təzyiqlər arasındakı əlaqə ilə bağlı sualını cavablandıran diplomat bildirib ki, Moskva qaz kəmərinin sertifikatlaşdırılması məsələsini öz xeyrinə bu cür həll etməyə çalışır. Eyni zamanda, o, Avropanın hələ də Rusiyanın yanacağına ehtiyacının olduğunu etiraf edib.
Borrelin sözlərinə görə, hazırkı vəziyyətdə müqavilədə göstərildiyindən daha çox ehtiyac olacaq.
"Biz fövqaladə vəziyyətlə üzləşdik. Qaz təchizatı problemi isə geosiyasi əhəmiyyətə malikdir", - deyə Borrel əlavə edib.
Son həftələrdə dünya enerji qiymətlərində rekord artım müşahidə olunub. Mütəxəssislər qitədə yeraltı qaz anbarlarının doldurulması səviyyəsinin aşağı olan fyuçerslərin qiymətinin kəskin artmasını, həmçinin Asiyada LNG-yə yüksək tələbatın olmasını izah ediblər.
Vladimir Putin qeyd edib ki, Rusiya mavi yanacaqla vəziyyəti sabitləşdirməyə kömək etməyə hazırdır.
Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın "Şimal Axını-2"ni işə salmaq naminə qazın qiymətinə təsir göstərməyə çalışdığı barədə bəyanatları cəfəngiyat adlandırıb.