Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neft bazarı dirçəlir - Rusiya baş nazirinin müavini

© AP Photo / Mark LennihanБиржа
Биржа - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Rusiya baş nazirinin müavini hesab edir ki, hazırda bazarda müşahidə olunan defisit və vaksinasiya fonunda səyahətlərin çoxalması neft hasilatının artırılması barədə qərara təkan verib

BAKI, 18 iyul - Sputnik. OPEC+ alyansının yeni razılaşmasından sonra Rusiya 2022-ci ilin mayında böhrandan öncəki neft hasilatı səviyyəsinə çatacaq, ümumilikdə barel üçün 60 dollar qiyməti ilə bu, büdcəyə əlavə 400 milyard rublun gəlməsi deməkdir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Xatırladaq ki, bu gün, iyulun 18-də OPEC+ iştirakçılarının videokonfrans formatında iclası keçirilib.

İştirakçılar avqustdan etibarən hər ay neft hasilatını sutkada 400 min barel artırmaq qərarına gəliblər.

Hazırda bu həcm sutkada 5.8 milyon barel təşkil edir. OPEC+ neft hasilatında hazırkı gündəlik 5.8 milyon barel/sutka məhdudlaşdırılmasından 2022-ci ilin sentyabrınadək tədricən çıxmağı planlaşdırır.

Məlumata görə, OPEC+ Rusiya ilə Səudiyyə Ərəbistanı üçün 2022-ci il may ayından neft hasilatının məhdudlaşdırılması bazasının sutkada 11.5 milyon barelədək artırılmasını razılaşdırıb.

Bu göstəricilər BƏƏ üçün 330 min, İraq və Küveyt üçün 150 min barel/sutka olacaq.

“Biz böhranaqədərki səviyyəyə artıq gələn ilin mayında çatacağıq, bu isə bizə avqustdan etibarən hasilatı sutkada 100 min barel artırmağa imkan verəcək. Kifayət qədər böyük həcmdir və o, bu və gələn il ərzində təxminən 21 milyon barel əlavə neft çıxarmağa imkan verəcək. Orta hesabla barel üçün 60 dollar qiyməti ilə büdcənin əlavə gəliri 400 milyard rubl olacaq”, - “Rossiya-24” telekanalına müsahibəsində Novak deyib.

“Bu, bizim üçün müsbət haldır, 2022-ci ilin ikinci yarısında hasilatı artırmağa imkan yaradacaq”, - neft hasilatının baza səviyyəsinin dəyişdirilməsi barədə qərarı şərh edərkən baş nazirin müavini söyləyib.

Bundan başqa, Novak dünyada neft hasilatının tədricən artırılması qərarının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, hazırda bazarda neft və neft məhsullarına tələbatın artması müşahidə edilir, vaksinasiya fonunda avto və aviadaşımalarda aktivlik çoxalır, eləcə də 2021-ci ildə dünya iqtisadiyyatının 5.5-6% həcmində artacağı bildirilib.

“Bu, bazarın bərpa olunmasına təsir edən müsbət məqamlardır. Hazırda bazarda  defisit qeydə alınır, ona görə də hər ay hasilatı sutkada 400 min barel artırmaq barədə qərar qəbul edildi”, - baş nazirin müavini deyib.

Eləcə də oxuyun:

Xəbər lenti
0