https://sputnik.az/20211008/yuskov-avropanin-enerji-bohraninda-eslinde-kim-gunahkardir-434029720.html
Yuşkov: Avropanın enerji böhranında əslində kim günahkardır?
Yuşkov: Avropanın enerji böhranında əslində kim günahkardır?
Sputnik Azərbaycan
Niyə Putin dünya bazarında təbii qaz təklifini artırmaqla bağlı təşəbbüsü dəstəkləyərək avropalılara yardım əlini uzatdı və Avropa Şurasının enerji böhranı... 08.10.2021, Sputnik Azərbaycan
2021-10-08T21:00+0400
2021-10-08T21:00+0400
2021-10-08T21:00+0400
təhlil
qiymət
avropa
qaz
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/41730/28/417302840_0:161:3071:1888_1920x0_80_0_0_1b5ae825a4ac9bd710872a98f21871eb.jpg
BAKI, 8 oktyabr — Sputnik. Avropa qaz əqdləri bazarında ajiotaj bir aydan çox davam etdi. Hələ avqustun əvvəllərində Avropanın TTF habları indeksi üzrə 1000 kubmetr mavi yanacağın qiyməti 515 dollar civarında idi, ancaq bir aydan sonra 614 dollara çatdı.Bundan sonra əqdlər bahalaşaraq tarixi rekord vurdu: oktyabrın 6-da isə ən yüksək zirvəyə çataraq 1000 kubmetr üçün 1937 dollara bərabər oldu. Bundan sonra təbii qaz bazarında qiymətlər sürətlə düşməyə başladı və oktyabrın 7-də 1000 dollara qədər endi.Təbii qazın qiymətinin ucuzlaşmasına nə səbəb oldu və Rusiyanın bu məsələdə rolu nədən ibarətdir? “Sputnik rus dilində” “Youtube” kanalına müsahibə verən Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov bu suallara aydınlıq gətirib. Xəbərlərdən çox şey asılıdırƏqd bazarı müxtəlif hadisələrə reaksiya verir. Bunların hətta bəzən bizimlə birbaşa əlaqəsi olmaya bilər – bu fikri dilə gətirən İqor Yuşkov əqdlərin məsələn, enerji tarixinə düşən 6 oktyabr ticarət sessiyasındakı xəbərlədən asılılığını belə izah edir:Qeyd edək ki, oktyabrın 6-da kömürün qiyməti tarixi rekord vuraraq bir ton üçün 300 dolları keçmişdi.Yuşkov deyir ki, kömürün bahalaşacağı gözlənilən idi. Məsələ burasındadır ki, qazın qiyməti qalxanda şirkətlər digər enerji mənbələrinə yönəlməyə başlayırlar, Avropa da bu səbəbdən daha çox kömür istehlak etməyə başladı.Yuşkovun fikrincə, xəbərlərin əqdlərə təsir etdiyinə daha bir nümunə oktyabrın 6-da Vladimir Putinin keçirdiyi energetika sahəsinin inkişafına həsr olunmuş müşavirə ola bilər.Rusiyanın qazancı nədir? Tədarükün artırılması, həqiqətən də Avropada təbii qazın qiymətini aşağı sala bilər. Axı rəqabət vəziyyətində şirkətlər qiymətləri endirir. İqor Yuşkov deyir ki, Rusiya üçün bazarda qiymətlərin stabilləşməsi həm də o baxımdan vacibdir ki, həddən artıq yüksək qiymətlər tələbi öldürür: Yuşkov deyir ki, təbii qaz bazarındakı qiymət sıçrayışını treyderlərin mövqeyi ilə də izah etmək olar: “Avropanın istintaqa deyil, güzgüyə baxmağa ehtiyacı var”Oktyabrın 6-da baş vermiş hadisələrdən sonra, beş Avropa Birliyi ölkələrinin (Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstan) iqtisadiyyat və maliyyə nazirləri enerji böhranının səbəblərini araşdırmağı təklif etdikləri birgə bəyanat imzalayıblar.Ekspert izah edib ki, ötən ilin hava şəraiti səbəbindən anbarlarda qazın miqdarı azalıb.Yuşkov vurğulayır ki, qaz şirkətləri bazarda qiymətlərin artmağa başladığını görərək xərclədiklərini ödəməyə səy göstərmirdilər.İqor Yuşkovun fikrincə, böhranın digər səbəbi yerli qaz tədarükçülərinin problemləri idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Danara Kurmanova
https://cdnn1.img.sputnik.az/img/42410/59/424105929_186:0:986:799_100x100_80_0_0_99554b1cb195661b6da164caa93fd9a0.jpg
Danara Kurmanova
https://cdnn1.img.sputnik.az/img/42410/59/424105929_186:0:986:799_100x100_80_0_0_99554b1cb195661b6da164caa93fd9a0.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41730/28/417302840_170:0:2901:2048_1920x0_80_0_0_3fb0579430b02adfa741c9c32942aac4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Danara Kurmanova
https://cdnn1.img.sputnik.az/img/42410/59/424105929_186:0:986:799_100x100_80_0_0_99554b1cb195661b6da164caa93fd9a0.jpg
qiymət, avropa, qaz, rusiya federasiyası
qiymət, avropa, qaz, rusiya federasiyası
Yuşkov: Avropanın enerji böhranında əslində kim günahkardır?
Niyə Putin dünya bazarında təbii qaz təklifini artırmaqla bağlı təşəbbüsü dəstəkləyərək avropalılara yardım əlini uzatdı və Avropa Şurasının enerji böhranı haradan başladı? Ekspert bu və digər sualların cavabına aydınlıq gətirib.
BAKI, 8 oktyabr — Sputnik. Avropa qaz əqdləri bazarında ajiotaj bir aydan çox davam etdi. Hələ avqustun əvvəllərində Avropanın TTF habları indeksi üzrə 1000 kubmetr mavi yanacağın qiyməti 515 dollar civarında idi, ancaq bir aydan sonra 614 dollara çatdı.
Bundan sonra əqdlər bahalaşaraq tarixi rekord vurdu: oktyabrın 6-da isə ən yüksək zirvəyə çataraq 1000 kubmetr üçün 1937 dollara bərabər oldu. Bundan sonra təbii qaz bazarında qiymətlər sürətlə düşməyə başladı və oktyabrın 7-də 1000 dollara qədər endi.
Təbii qazın qiymətinin ucuzlaşmasına nə səbəb oldu və Rusiyanın bu məsələdə rolu nədən ibarətdir? “Sputnik rus dilində” “Youtube” kanalına müsahibə verən Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov bu suallara aydınlıq gətirib.
Xəbərlərdən çox şey asılıdır
Əqd bazarı müxtəlif hadisələrə reaksiya verir. Bunların hətta bəzən bizimlə birbaşa əlaqəsi olmaya bilər – bu fikri dilə gətirən İqor Yuşkov əqdlərin məsələn, enerji tarixinə düşən 6 oktyabr ticarət sessiyasındakı xəbərlədən asılılığını belə izah edir:
“Biz demək olar ki, bir günün içində qiymətlərin 1900 dollara qədər artdığını və sonra 600 dollara qədər düşdüyünün şahidi olduq. Hərçənd, tələb-təklif balansı baxımından real qaz bazarında heç nə dəyişməmişdi. Avropa nə qədər qaz istehlak edirdisə, elə o qədər də etdi. Tədarük də olduğu kimi qaldı. Ancaq bu,“Şimal axını 2”-nin hələ də işə salınmaması, eləcə də kömürün qiymətinin tarixi rekord vurmasına dair xəbərə reaksiya idi”.
Qeyd edək ki, oktyabrın 6-da kömürün qiyməti tarixi rekord vuraraq bir ton üçün 300 dolları keçmişdi.
Yuşkov deyir ki, kömürün bahalaşacağı gözlənilən idi. Məsələ burasındadır ki, qazın qiyməti qalxanda şirkətlər digər enerji mənbələrinə yönəlməyə başlayırlar, Avropa da bu səbəbdən daha çox kömür istehlak etməyə başladı.
“Tələbin artması ilə bağlı ajiotaj isə qiyməti qaldırdı”, – deyə ekspert vurğulayır.
Yuşkovun fikrincə, xəbərlərin əqdlərə təsir etdiyinə daha bir nümunə oktyabrın 6-da Vladimir Putinin keçirdiyi energetika sahəsinin inkişafına həsr olunmuş müşavirə ola bilər.
“Bu müsbət xəbər idi. O sərəncam verdi: əgər “Qazprom”-un əlavə ixrac imkanı varsa, heç kimi darda qoymağa dəyməz. Və bu sözlər Avropaya qaz tədarükünün artırılmasının mümkün olduğu barədə siqnal kimi səsləndi. Məhz bu siqnal yanacağın ucuzlaşmasına təsir göstərmiş ola bilər”, – deyə o vurğulayır.
Tədarükün artırılması, həqiqətən də Avropada təbii qazın qiymətini aşağı sala bilər. Axı rəqabət vəziyyətində şirkətlər qiymətləri endirir. İqor Yuşkov deyir ki, Rusiya üçün bazarda qiymətlərin stabilləşməsi həm də o baxımdan vacibdir ki, həddən artıq yüksək qiymətlər tələbi öldürür:
“İstehlakçı-şirkətlər özlərinə bu qədər bahalı təbii qaz almağı rəva görə bilməzlər. Məsələn, azot gübrəsi istehsalçıları onu qazdan alırlar. Bir sıra şirkətlər artıq zavodların işini dayandırıblar, çünki istehsal etdikləri gübrəni belə baha qiymətə (qazın qiymətini nəzərə almaqla - red.) satmaq mümkün deyil. Ya da kənd təsərrüfatı istehsalçıları istixanalarını qazla qızdırırdılar və indi buna son qoyublar. Qazın 1000 kubmetri 200-300 dollar olanda isə başqa məsələ. Onda qaz bərpa olunan enerjidən da ucuz olur. Təbii qazın qiyməti 1000 dollara yaxınlaşanda isə əksinə, alternativ enerji mənbələri daha rəqabətə davamlı hal alır. Bizə həddən artıq yüksək deyil, yüksək qiymət sərfəlidir”.
Yuşkov deyir ki, təbii qaz bazarındakı qiymət sıçrayışını treyderlərin mövqeyi ilə də izah etmək olar:
“Yəqin ki, onlar belə bir ideyadan çıxış edərək kütləvi şəkildə qaz əqd müqavilələri almağa başlayıblar: əgər hələ indi vəziyyət belə gərgindirsə, gör istilik mövsümü başlayanda necə olacaq. Nəticədə isə müqavilələr kəskin bahaşdı”, – ekspert mülahizə yürüdür.
“Avropanın istintaqa deyil, güzgüyə baxmağa ehtiyacı var”
Oktyabrın 6-da baş vermiş hadisələrdən sonra, beş Avropa Birliyi ölkələrinin (Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstan) iqtisadiyyat və maliyyə nazirləri enerji böhranının səbəblərini araşdırmağı təklif etdikləri birgə bəyanat imzalayıblar.
"Ancaq Avropa günahkarları axtarmaq əvəzinə, güzgüyə baxmalıdır. Böhran nədən yaranıb? Beləliklə, öz siyasətinizə və şirkətlərinizə diqqət yetirin! Avropa əvvəlki istilik mövsümündən boşalmış qaz anbarları ilə çıxıb”, - deyə İqor Yuşkov qeyd edib.
Ekspert izah edib ki, ötən ilin hava şəraiti səbəbindən anbarlarda qazın miqdarı azalıb.
“Qış olduqca şaxtalı idi, sonra isti yay gəldi və havanı tənzimləmək üçün çox enerji tələb olunurdu”, - deyə o, bildirib.
Yuşkov vurğulayır ki, qaz şirkətləri bazarda qiymətlərin artmağa başladığını görərək xərclədiklərini ödəməyə səy göstərmirdilər.
“Hər bir şirkət düşünürdü: "yox, bu bir növ gurultudur, indi onu yüksək qiymətə, 400 dollara almayacağam. Çünki qışda daha ucuz olacaq və nəticə verəcək, zərəri qeyd edəcəyəm. Sonra qiymətin 500 dollar olduğunu gördülər. Yaxud, "İndi dəqiq qiymətin pikidir. Sonra daha ucuz olacaq!” Və sonra 600 dollar, 700, 800 - və oktyabr gəldi”, - deyə ekspert bildirib.
İqor Yuşkovun fikrincə, böhranın digər səbəbi yerli qaz tədarükçülərinin problemləri idi.
“Norveç ardıcıl olaraq dördüncü ildir ki, qaz hasilatını azaldır, Əlcəzair isə daxili istehlak artdıqca daha az qaz ixrac edir. İzahat budur”, - deyə mütəxəssis bildirib.