https://sputnik.az/20210830/Toylarla-bal-cinayt-ii-ald-427809109.html
Toylarla bağlı cinayət işi açıldı
Toylarla bağlı cinayət işi açıldı
Sputnik Azərbaycan
Bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 30.08.2021, Sputnik Azərbaycan
2021-08-30T11:09+0400
2021-08-30T11:09+0400
2021-08-30T11:16+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427579286_0:160:3073:1888_1920x0_80_0_0_60619c8cb1d8717d5e3604b054fe3d12.jpg
BAKI, 30 avqust — Sputnik. Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.Qeyd edək ki, avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. Həmçinin oxuyun:* Azərbaycanda toylarla bağlı daha bir qadağa: Baş nazir imzaladıKef üstündən kefimizi gəldi, sordu... polislər: açıq havada "oturmaq" üçün sənəd gərəkdir?Toya gedirdilər, çatmadılar"COVID-19” pasportun yoxdursa, şənliyə getmə! - STATİSTİKATeatr, petisiya və iki növ etirazçı: "İnsanlarda da vicdan olmalıdır"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427579286_170:0:2901:2048_1920x0_80_0_0_4ec6f1a7f1efffd2dea7c10fe6f40b88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Toylarla bağlı cinayət işi açıldı
11:09 30.08.2021 (Yenilənib: 11:16 30.08.2021) Bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
BAKI, 30 avqust — Sputnik. Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.