23:01 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda toylar (40)
11 0 0

Ötən gün monitorinq səkkiz şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, iyunun 1-dən 20 avqust tarixinədək 4865 toyun monitorinqi keçirilib. Monitorinqlər zamanı vəziyyət o qədər də ürəkaçan olmayıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar normaları pozublar. Bu dövrdə 38 nəfər həbs edilib. 2366 nəfərə inzibati tənbeh tətbiq edilib. 27 nəfər barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb.

Bu müddətdə restoran, ictimai iaşə obyektlərində 46 min 899 nəfər COVID-19 pasportu olmadan məclisdə iştirak etmək istəyib, lakin monitorinq qrupu tərəfindən aşkarlanaraq məclislərə buraxılmayıb. Onların arasında potensial COVID-19 xəstələri də olub.

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycanda toylar (40)
Teqlər:
toy, COVID-19, COVID-19 pasportu

Əsas mövzular