02:08 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
13 0 0

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunub.

BAKI, 21 avgust — Sputnik. "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayanların sayı açıqlandı. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Həmçinin oxuyun:

Teqlər:
COVID-19, Koronavirus, toy

Əsas mövzular