CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda toylarla bağlı daha bir qadağa: Baş nazir imzaladı

© Pexels Anna SiracusaСвадьба, фото из архива
Свадьба, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Bundan öncə bu tədbirlər 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərə tətbiq olunurdu.
BAKI, 28 avqust - Sputnik. Sentyabrın birindən toylarla bağlı daha bir qadağa qüvvəyə minəcək: toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi mümkün olmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qərarın 1.1. 2.5-3.2-ci bənd ləğv edilir; 1.2. 2.5-3.3-cü və 2.5-3.9-cu bəndlərdən “50 nəfərdən” sözləri çıxarılır. Yəni 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə COVID pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.
Digər dəyişikliklə monitorinqlər, habelə ictimai iaşə obyektlərində 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək. Bundan öncə bu tədbirlər 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərə tətbiq olunurdu.
Eləcə də oxuyun:
Kef üstündən kefimizi gəldi, sordu... polislər: açıq havada "oturmaq" üçün sənəd gərəkdir?
Toya gedirdilər, çatmadılar
"COVID-19” pasportun yoxdursa, şənliyə getmə! - STATİSTİKA
Teatr, petisiya və iki növ etirazçı: "İnsanlarda da vicdan olmalıdır"
Xəbər lenti
0