https://sputnik.az/20210826/fqanstann-sabiq-prezidenti-ev-dusta-olub-427780720.html
Taliban* nümayəndəsi Əfqanıstanın sabiq prezidentinin ev dustaqlığı barədə danışdı
Taliban* nümayəndəsi Əfqanıstanın sabiq prezidentinin ev dustaqlığı barədə danışdı
Sputnik Azərbaycan
Bazar ertəsi taliblərin sabiq prezident Kərzainin mühafizəsinin silahlarını və avtomobillərini müsadirə etməsi barədə məlumat yayılıb. 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T17:29+0400
2021-08-26T17:29+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427780132_0:0:2792:1579_1920x0_80_0_0_78cb9e07ed08c0a0b51c4be4b3a9ed38.jpg
BAKI, 26 avqust — Sputnik. Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri Abdulla Abdulla öz xoşları ilə Kabildədirlər. Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Taliban* hərəkatının siyasi bürosunun rəsmi nümayəndəsi Mohammad Naim deyib. Qeyd edək ki, bundan öncə CNN adları çəkilən şəxslər barədə xəbər yayıb ki, onlar Kabildə ev dustaqlığındadırlar."Bu məlumatlar yalandır. Bilmirəm, bunlar nəyi nəzərdə tuturlar. O şəxslərin barəsində məhdudlaşdırma tədbirləri görülməsi barədə deyilənlər boş sözlərdir", - Naim deyib.Naim qeyd edib ki, sabiq prezidentlə Milli Barışıq Şurasının rəhbərinin təhlükəsizliyi, digər əfqanlar kimi, "İslam əmirliyinin" (taliblər özlərini belə adlandırırlar) səlhiyyətindədir.----------16:16Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri Abdulla Abdulla Kabildə ev həbsindədirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı CNN telekanlı öz mənbəsinə istinadən xəbər verir.Mənbənin sözlərinə görə, bazar ertəsi taliblər sabiq prezident Kərzainin mühafizəsindən silahları və avtomobilləri müsadirə ediblər. Cərşənbə günü isə Taliban* hərəkatı Abdullanın evində axtarış aparıb və onu mühafizədən və avtomobillərdən məhrum edib.Qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.Eləcə də oxuyun:Türkiyə hərbçiləri Əfqanıstandan təxliyə olunurlarTarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmiTaliban Əşrəf Qəniyə amnistiya təklif etdiKabil aeroportuna daha bir təhlükəƏfqanıstanın idarəetmə forması bəlli olduTaliblər təxliyəyə qadağa qoyur, türk əsgərini istəmirlər, Aİ isə Əfqanıstana qadağa qoyurPəncşir də Talibana* boyun əyməyə hazırlaşırAzərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıblar
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1a/427780132_0:0:2792:1755_1920x0_80_0_0_6b39604844bab64c401964e898f85149.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Taliban* nümayəndəsi Əfqanıstanın sabiq prezidentinin ev dustaqlığı barədə danışdı
17:29 26.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Bazar ertəsi taliblərin sabiq prezident Kərzainin mühafizəsinin silahlarını və avtomobillərini müsadirə etməsi barədə məlumat yayılıb.
BAKI, 26 avqust — Sputnik. Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri Abdulla Abdulla öz xoşları ilə Kabildədirlər.
Sputnik Azərbaycan bildirir ki, bunu
RİA Novosti-yə Taliban* hərəkatının siyasi bürosunun rəsmi nümayəndəsi Mohammad Naim deyib.
Qeyd edək ki, bundan öncə CNN adları çəkilən şəxslər barədə xəbər yayıb ki, onlar Kabildə ev dustaqlığındadırlar.
"Bu məlumatlar yalandır. Bilmirəm, bunlar nəyi nəzərdə tuturlar. O şəxslərin barəsində məhdudlaşdırma tədbirləri görülməsi barədə deyilənlər boş sözlərdir", - Naim deyib.
Naim qeyd edib ki, sabiq prezidentlə Milli Barışıq Şurasının rəhbərinin təhlükəsizliyi, digər əfqanlar kimi, "İslam əmirliyinin" (taliblər özlərini belə adlandırırlar) səlhiyyətindədir.
Əfqanıstanın sabiq prezidenti
Həmid Kərzai və Milli Barışıq üzrə Şuranın rəhbəri
Abdulla Abdulla Kabildə ev həbsindədirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı CNN telekanlı öz mənbəsinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, bazar ertəsi taliblər sabiq prezident Kərzainin mühafizəsindən silahları və avtomobilləri müsadirə ediblər. Cərşənbə günü isə Taliban* hərəkatı Abdullanın evində axtarış aparıb və onu mühafizədən və avtomobillərdən məhrum edib.
Qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
* Taliban Rusiyada qadağan olunmuş terror təşkilatıdır.
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıblar