20:04 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
4920

Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan "Böyük yeddiliyin" təcili iclası çərşənbə axşamı virtual formatda keçirilib. Liderlər Əfqanıstanda vəziyyəti müzakirə ediblər.

BAKI, 24 avqust - Sputnik. G7 liderlərinin virtual görüşündə Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə girişinə icazə verilməməsi müzakirə olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq "Böyük yeddilik" ölkələrinin Əfqanıstan üzrə virtual iclasının yekunlarına dair açıqlamasında deyib. 

"G7 liderlərinin iştirakı ilə Əfqanıstan üzrə vacib müzakirə aparıldı. NATO effektiv təxliyəni təmin etmək üçün fəaliyyətlərin koordinasiyasını davam etdirir. Terrorçu qrupların yenidən Əfqanıstan ərazisindən sərbəst surətdə iş çevirməsinin qarşısını biz birlikdə almalıyıq", - Stoltenberq Twitter-də yazıb. 

Qeyd edək ki, Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan "Böyük yeddiliyin" təcili iclası çərşənbə axşamı virtual formatda keçirilib. Liderlər Əfqanıstanda vəziyyəti müzakirə ediblər.

Sammitdə Avropa İttifaqının Əfqanıstana iqtisadi yardımını dayandırdığı da qeyd olunub. 

Avrokomissiyanın başçısı Ursula fon der Lyayen bildirib ki, taliblərin hökuməti öz niyyətlərini nümayiş etdirməyənədək bu ölkəyə yardım edilməyəcək.

Bu arada Taliban* hərəkatının nümayəndəsi Zabihulla Mücahid deyib ki, Kabildən təxliyə avqustun 31-dək bitməlidir, həmin müddətdən sonra kiminsə çıxarılması qadağan ediləcək. 

Sky News telekanalının məlumatına görə, Taliban əfqanların ölkədən getməsini dəstəkləmir.

Həmçinin taliblər ölkədə Türkiyə əsgərlərinin olmasına da qarşı çıxıblar.

"Biz Türkiyə ilə yaxşı münasibətlər qurmaq istəyirik, amma türk əsgərlərini Əfqanıstanda görmək istəmirik", - Mücahid deyib. 

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

 Eləcə də oxuyun:

Teqlər:
Əfqanıstan, G7 sammiti, virtual, yardım, iqtisadi, Avropa İttifaqı

Əsas mövzular