https://sputnik.az/20210824/Pencir-de-talibana-boyun-eymeye-hazirlashir-427765798.html
Pəncşir də Talibana* boyun əyməyə hazırlaşır
Pəncşir də Talibana* boyun əyməyə hazırlaşır
Sputnik Azərbaycan
Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri... 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T14:55+0400
2021-08-24T14:55+0400
2021-11-16T20:29+0400
xəbərlər
əfqanıstan
taliban
müxalif
müqavimət
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427765760_0:0:3069:1727_1920x0_80_0_0_53610dcad31f1ca6c74e06af4fe06724.jpg
BAKI, 24 avqust — Sputnik. Pəncşir müqavimət hərəkatının liderlərindən biri Əhməd Məsud taliblərlə münaqişənin həlli variantını axtarır. Bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti xəbər yayıb.Məsudun müşaviri bildirib ki, müqavimət hərəkatının üzvləri resurs çatışmazlığı və beynəlxalq dəstəyin olmaması səbəbindən kapitulyasiya danışıqlarına başlamaq niyyətindədirlər.Məsudun müşavirinin sözlərinə görə, təslim olmaq niyyətindədir, ancaq "şərəfini qoruyub saxlamaq istəyir". Onun atasının (Talibanla* uğurla mübarizə aparan Əhməd Şah Məsud - red.) ölkədəki nüfuzunu nəzərə alsaq, Pəncşirin idarəetməsinin itirilməsi taliblərin böyük qələbəsi kimi qiymətləndiriləcək.Qeyd edək ki, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda taliblər hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəetmə mexanizmi məsələsi müzakirə olunur. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması Eləcə də oxuyun:Kabil hava limanında daha yeddi nəfər həlak olubTarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmiTaliban Əşrəf Qəniyə amnistiya təklif etdiKabil aeroportuna daha bir təhlükəƏfqanıstanın idarəetmə forması bəlli oldu
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427765760_89:0:2820:2048_1920x0_80_0_0_fab014f612c659ab512bbc4413b98108.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, taliban, müxalif, müqavimət, dünya
xəbərlər, əfqanıstan, taliban, müxalif, müqavimət, dünya
Pəncşir də Talibana* boyun əyməyə hazırlaşır
14:55 24.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.
BAKI, 24 avqust — Sputnik. Pəncşir müqavimət hərəkatının liderlərindən biri Əhməd Məsud taliblərlə münaqişənin həlli variantını axtarır. Bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti xəbər yayıb.
Məsudun müşaviri bildirib ki, müqavimət hərəkatının üzvləri resurs çatışmazlığı və beynəlxalq dəstəyin olmaması səbəbindən kapitulyasiya danışıqlarına başlamaq niyyətindədirlər.
"Hamı Əfqanıstandakı 20 illik müharibədən usanıb, artıq heç kim müqavimət hərəkatına silah göndərmək istəmir. Pəncşir taliblərlə mübarizə apara bilməz, onların qüvvəsi çoxdur. İndi 80-90-cı illər deyil, artıq Talibanın* təcrübəli döyüşçüləri var. Hadisələr açıq-aşkar Pəncşirin əleyhinə dönüş alıb. Məncə, iki-üç ay davam gətirə bilər, sonra qış düşəcək", – deyə mənbə bildirib.
Məsudun müşavirinin sözlərinə görə, təslim olmaq niyyətindədir, ancaq "şərəfini qoruyub saxlamaq istəyir". Onun atasının (Talibanla* uğurla mübarizə aparan Əhməd Şah Məsud - red.) ölkədəki nüfuzunu nəzərə alsaq, Pəncşirin idarəetməsinin itirilməsi taliblərin böyük qələbəsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda taliblər hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəetmə mexanizmi məsələsi müzakirə olunur. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir.
* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Kabil hava limanında daha yeddi nəfər həlak olub