https://sputnik.az/20210823/Taliban-rf-Qniy-amnistiya-tklif-etdi-427754995.html
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Sputnik Azərbaycan
Son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Əfqanıstan Milli Barışıq üzrə Ali... 23.08.2021, Sputnik Azərbaycan
2021-08-23T11:32+0400
2021-08-23T11:32+0400
2021-11-16T20:29+0400
xəbərlər
siyasət
əşrəf qəni
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427703189_0:0:2455:1390_1920x0_80_0_0_26a42e65c2129df56b2b00ed8f72c970.jpg
BAKI, 23 avqust — Sputnik. Taliban* hərəkatı Əfqanıstan prezidenti Əşrəf Qəni və vitse-prezident Əmirulla Salehə amnistiya təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu hərəkatın yüksək vəzifəli lideri Xəlil ur-Rəhman Haqqani Pakistanın "Geo TV" telekanalına açıqlamasında bildirib.O, həmçinin bildirib ki, taliblər və adı çəkilən üç şəxs arasında düşmənçilik yalnız din əsasında yaranıb.Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.*Taliban Rusiyada fəaliyyəti qadağan olunmuş terror təşkilatıdır.Həmçinin oxuyun:Kabil aeroportuna daha bir təhlükə
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427703189_0:0:2455:1544_1920x0_80_0_0_c308b3e18343985d3f0626d30ce11ec7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əşrəf qəni, dünya
xəbərlər, əşrəf qəni, dünya
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
11:32 23.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
BAKI, 23 avqust — Sputnik. Taliban* hərəkatı Əfqanıstan prezidenti Əşrəf Qəni və vitse-prezident Əmirulla Salehə amnistiya təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu hərəkatın yüksək vəzifəli lideri Xəlil ur-Rəhman Haqqani Pakistanın "Geo TV" telekanalına açıqlamasında bildirib.
"Biz Əşrəf Qəni, Əmrulla Salehi və Həmdulla Mohibanı (Əfqanıstan prezidentinin təhlükəsizlik üzrə müşaviri) bağışlayırıq. Biz öz tərəfimizdən hamını bağışlayırıq – Generaldan (bizə qarşı vuruşan) sadə insana qədər", - deyə Haqqani əlavə edib.
O, həmçinin bildirib ki, taliblər və adı çəkilən üç şəxs arasında düşmənçilik yalnız din əsasında yaranıb.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Taliban Rusiyada fəaliyyəti qadağan olunmuş terror təşkilatıdır.