https://sputnik.az/20210824/Qefil-eyham-ABS-in-Afqanistandaki-missiyasi-uzadila-biler-427769375.html
Qəfil eyham: ABŞ-ın Əfqanıstandakı missiyası uzadıla bilər
Qəfil eyham: ABŞ-ın Əfqanıstandakı missiyası uzadıla bilər
Sputnik Azərbaycan
Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T23:34+0400
2021-08-24T23:34+0400
2021-11-16T20:29+0400
xəbərlər
əfqanıstan
abş
hərbi
missiya
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427739828_0:280:3104:2035_1920x0_80_0_0_11a787bd9b7742d5546832c939ce25a5.jpg
BAKI, 24 avqust - Sputnik. ABŞ Prezidenti Co Bayden "Böyük yeddiliyin" virtual sammitində bildirib ki, qoşunları Əfqanıstandan 31 avqustadək çıxarmaqda qərarlıdır, ancaq o, ABŞ missiyasının bu ölkədə uzadılacağını da istisna etməyib. Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times qəzeti öz mənbələrinə istinadən yazır."Administrasiyanın yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Bayden deyib ki, hazırda əvvəlcədən təyin olunmuş vaxta - avqustun 31-də qoşunların çıxarılmasında qərarlıdır, çünki terror hücumu riski var. Ancaq elə həmin nümayəndənin sözlərinə görə, missiyanın uzadılması da mümkündür", - qəzet yazır.Xatırladaq ki, Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan "Böyük yeddiliyin" təcili iclası çərşənbə axşamı virtual formatda keçirilib. Liderlər Əfqanıstanda vəziyyəti müzakirə ediblər.Sammitdə Avrokomissiyanın başçısı Ursula fon der Lyayen bildirib ki, taliblərin hökuməti öz niyyətlərini nümayiş etdirməyənədək bu ölkəyə yardım edilməyəcək.Bu arada Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır. Qeyd edək ki, bu məqsədlə ABŞ Əfqanıstan paytaxtındakı aeroporta 6,5 minədək hərbçi göndərmişdi ki, amerikalıların, üçüncü ölkələrin vətəndaşlarının və risk qrupundan olan yerlilərin təxliyəsinə kömək etsinlər.Taliban* hərəkatının üzvləri isə çərşənbə axşamı, avqustun 24-də yeganə təslim olmayan əyalətə - Pəncşirə üz tutublar. Bildirilir ki, onlar yerli müqavimət hərəkatının başçısı Əhməd Məsud (20 il əvvəl terrorçuların öldürdüyü Əhməd Şah Məsudun oğlu) və olkənin vitse-prezidenti Əmirulla Salehlə əyalətin döyüşsüz təslim olması üçün danışıqlar aparacaqlar.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Eləcə də oxuyun:Kabil hava limanında daha yeddi nəfər həlak olubTarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmiTaliban Əşrəf Qəniyə amnistiya təklif etdiKabil aeroportuna daha bir təhlükəƏfqanıstanın idarəetmə forması bəlli olduTaliblər təxliyəyə qadağa qoyur, türk əsgərini istəmirlər, Aİ isə Əfqanıstana qadağa qoyurPəncşir də Talibana* boyun əyməyə hazırlaşır
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427739828_0:96:3104:2047_1920x0_80_0_0_14d8db88429482e8aec30213bb7a5ed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, abş, missiya, dünya
xəbərlər, əfqanıstan, abş, missiya, dünya
Qəfil eyham: ABŞ-ın Əfqanıstandakı missiyası uzadıla bilər
23:34 24.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır.
BAKI, 24 avqust - Sputnik. ABŞ Prezidenti Co Bayden "Böyük yeddiliyin" virtual sammitində bildirib ki, qoşunları Əfqanıstandan 31 avqustadək çıxarmaqda qərarlıdır, ancaq o, ABŞ missiyasının bu ölkədə uzadılacağını da istisna etməyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
New York Times qəzeti öz mənbələrinə istinadən yazır.
"Administrasiyanın yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Bayden deyib ki, hazırda əvvəlcədən təyin olunmuş vaxta - avqustun 31-də qoşunların çıxarılmasında qərarlıdır, çünki terror hücumu riski var. Ancaq elə həmin nümayəndənin sözlərinə görə, missiyanın uzadılması da mümkündür", - qəzet yazır.
Xatırladaq ki, Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan "Böyük yeddiliyin" təcili iclası çərşənbə axşamı virtual formatda keçirilib. Liderlər Əfqanıstanda vəziyyəti müzakirə ediblər.
Sammitdə Avrokomissiyanın başçısı Ursula fon der Lyayen bildirib ki, taliblərin hökuməti öz niyyətlərini nümayiş etdirməyənədək bu ölkəyə yardım edilməyəcək.
Bu arada Fox telekanalı məlumat yayıb ki, ABŞ artıq təxliyə ilə məşğul olan hərbi kontingenti Əfqanıstandan çıxarmağa başlayır. Qeyd edək ki, bu məqsədlə ABŞ Əfqanıstan paytaxtındakı aeroporta 6,5 minədək hərbçi göndərmişdi ki, amerikalıların, üçüncü ölkələrin vətəndaşlarının və risk qrupundan olan yerlilərin təxliyəsinə kömək etsinlər.
Taliban* hərəkatının üzvləri isə çərşənbə axşamı, avqustun 24-də yeganə təslim olmayan əyalətə - Pəncşirə üz tutublar. Bildirilir ki, onlar yerli müqavimət hərəkatının başçısı Əhməd Məsud (20 il əvvəl terrorçuların öldürdüyü Əhməd Şah Məsudun oğlu) və olkənin vitse-prezidenti Əmirulla Salehlə əyalətin döyüşsüz təslim olması üçün danışıqlar aparacaqlar.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Kabil hava limanında daha yeddi nəfər həlak olub