https://sputnik.az/20210822/Talibler-xususi-teyinatlilari-serbest-buraxdilar-427751787.html
Taliblər xüsusi təyinatlıları və məhbusları sərbəst buraxdılar
Taliblər xüsusi təyinatlıları və məhbusları sərbəst buraxdılar
Sputnik Azərbaycan
Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət... 22.08.2021, Sputnik Azərbaycan
2021-08-22T14:34+0400
2021-08-22T14:34+0400
2021-11-16T20:29+0400
xəbərlər
əfqanıstan
taliban
xüsusi təyinatlılar
dünya
https://cdnn1.img.sputnik.az/img/40994/67/409946719_0:0:956:540_1920x0_80_0_0_608088f20fa8b2b62cb4497528d1ffca.jpg
BAKI, 22 avqust - Sputnik. Taliban* Əfqanıstanın qərbindəki Herat vilayətində saxlanılan xüsusi təyinatlı döyüşçüləri azad edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı radikal Taliban* hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, hakimiyyətin ələ keçirilməsi və keçmiş prezident Əşrəf Qəninin ölkədən qaçmasından sonra həbsdə olan 145 xüsusi təyinatlı sərbəst buraxılıb.Avqustun 17-də Taliban keçmiş dövlət məmurları üçün ümumi amnistiya elan edib və onları dövlət idarələrinə işlərinə qayıtmağa çağırıb. Eyni zamanda, Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət qurduqdan sonra yoxa çıxdığı məlum olub.Taliban lideri Heybətulla Axundzadə isə Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin inzibati mərkəzi olan Ləşkərgahda 350 məhbusun azad edilməsi barədə əmr verib.Yerli KİV-in məlumatına görə, taliblər Əfqanıstanın qəbindəki Fərahda 340 siyasi məhbusu, Uruzqan əyalətində isə 40 məhbusu sərbəst buraxıblar.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaqƏfqanıstan prezidentinin qardaşı taliblərə qoşulubTaliban* ABŞ-dan asılı vəziyyətə düşübNATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40994/67/409946719_0:0:860:540_1920x0_80_0_0_8704342a0934b83322d3187dcc3408d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, taliban, xüsusi təyinatlılar, dünya
xəbərlər, əfqanıstan, taliban, xüsusi təyinatlılar, dünya
Taliblər xüsusi təyinatlıları və məhbusları sərbəst buraxdılar
14:34 22.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət qurduqdan sonra yoxa çıxdığı məlum olub.
BAKI, 22 avqust - Sputnik. Taliban* Əfqanıstanın qərbindəki Herat vilayətində saxlanılan xüsusi təyinatlı döyüşçüləri azad edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı radikal Taliban* hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, hakimiyyətin ələ keçirilməsi və keçmiş prezident Əşrəf Qəninin ölkədən qaçmasından sonra həbsdə olan 145 xüsusi təyinatlı sərbəst buraxılıb.
Avqustun 17-də Taliban keçmiş dövlət məmurları üçün ümumi amnistiya elan edib və onları dövlət idarələrinə işlərinə qayıtmağa çağırıb. Eyni zamanda, Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət qurduqdan sonra yoxa çıxdığı məlum olub.
Taliban lideri Heybətulla Axundzadə isə Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin inzibati mərkəzi olan Ləşkərgahda 350 məhbusun azad edilməsi barədə əmr verib.
Yerli KİV-in məlumatına görə, taliblər Əfqanıstanın qəbindəki Fərahda 340 siyasi məhbusu, Uruzqan əyalətində isə 40 məhbusu sərbəst buraxıblar.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi,
Azərbaycana təşəkkür etdi