https://sputnik.az/20210821/Taliban-ABS-dan-asili-veziyyete-dusub-427746914.html
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
Sputnik Azərbaycan
Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola... 21.08.2021, Sputnik Azərbaycan
2021-08-21T09:05+0400
2021-08-21T09:05+0400
2021-11-16T20:28+0400
xəbərlər
"taliban" qruplaşması
əfqanıstan
bvf
dollar
maliyyə
abş
fed
mərkəzi bank
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726807_0:310:3072:2048_1920x0_80_0_0_d1fcc4434444fcfbbc8425c88e31dbee.jpg
BAKI, 21 avqust – Sputnik. Əfqanıstanı ələ keçirən Taliban hərəkatı ölkənin Mərkəzi Bankındakı milyardlarla dollara sahib ola bilmir. Beynəlxalq Valyuta Fondu da terrorçulara yardım göstərməkdən imtina edib. Siyasi təlatümlərin ağuşunda olan ölkə iqtisadiyyatı pulsuzluqla üz-üzə qalıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Associated Press yazır.Talibanın ümid etdiyi vəsaitlərin əksəriyyətinə Amerika və beynəlxalq təşkilatlar nəzarət edir. Qərb ölkələri bu vəziyyəti Əfqanıstanın yeni hökumətinə təzyiq vasitəsi kimi nəzərdən keçirirlər. Üstəlik, Talibanın hazırda pulları almaq üçün institusional stukturları yoxdur – bu isə ona iqtisadiyyatı idarə etməyə mane olur. Ölkənin təsərrüfat həyatı şəhərlərdə yerləşməyə başlayıb, ÜDM isə taliblərin iyirmi il bundan qabaq hakimiyyətdə olduqları vaxtdakından üç dəfə artıb. Defisit iqtisadi resessiyaya, o isə öz növbəsində 36 milyon əfqan üçün humanitar böhranın güclənməsinə səbəb ola bilər.Üstəlik, taliblər hələ də xarici ölkələrin diplomatlarının maliyyə məsələlərində kiminlə danışıq aparmalı olduğunu bəyan etməyiblər. ABŞ Prezidenti Co Bayden deyib ki, Talibanın qlobal iqtisadiyyatın bir hissəsi olmaq istəyib-istəmədiyini bilmir. Mümkündür ki, yeni hökumət əcnəbi vasitələrsiz keçinməyi güman edir.Taliban sonuncu dəfə Əfqanıstanda hakim olanda sakinlərin gündəlik qazancları 1 dollardan aşağı idi. Dünya Bankının məlumatına görə, Amerika əsgərlərinin orada olduğu müddətdə əhali üzrə ÜDM təxminən üç dəfə artdı. Əfqanıstanda mobil telefonlar peyda oldu, Coca-Cola və Airbnb biznesini açdı – bütün bunların isə qlobal iqtisadi qurumlara əlçatanlığa ehtiyacı var. NATO qüvvələrinin köməyi ilə hökumət qoşunlarının radikal terrorçu qruplara qarşı müharibəsi zamanı ölkənin iqtisadiyyatı ticarətdən xeyli asılı səviyyəyə düşdü. O zaman idxalın həcmi ildə 8 milyard dollara çatırdı. Bu, ixracdan təxminən on dəfə çox idi.Əfqanıstanda valyuta ticarəti də dayanıb. ABŞ buralara dollar tədarük etmir, bu səbəbdən əfqan valyutası ucuzlaşır və inflyasiya sürətlənir.Ekspertlər deyirlər ki, hakimiyyət dəyişikliyini maliyyələşdirən mənbələrə əvvəlkitək çıxışları olsa da, taliblərin ölkə üzrəində tam nəzarət qurması üçün bu kifayət etmir. İqtisadiyyatı xilas etmək üçün taliblər qlobal imiclərinə çəki-düzən verməli, eyni zamanda da öz əsgərlərinin, ultramühafizəkar müsəlmanların dəstəyindən məhrum olmamalıdırlar.İqtisadçılar hesab edirlər ki, Taliban Cənubi Asiyada nüfuz sahibi olmaq istəyən ölkələrlə diplomatik əlaqələr barədə fikirləşməlidir. Məsələn, Çin artıq Əfqanıstanda sabitliyin bərqərar olmasında maraqlı olduğunu bəyan edib. Çinlilərin diqqətini litium çəkir – iqtisadi cəhətdən perspektivli metal mobil qurğular və avtomobillər üçün akkumulyatorların istehsalında istifadə olunur. Analitiklərin hesablamalarına görə, Əfqanıstanda bu nadir metalın ehtiyatlarının qiyməti 2020-ci ildə 1-3 trilyon dollar olub.Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola bilmədilər. Avqustun 23-də Əfqanıstan Beynəlxalq Valyuta Fondundan 450 milyon dollar alası idi. Bu pullar iqtisadi böhranla mübarizə üçün nəzərdə tutulmuşdu, ancaq BVF yeni əfqan hökumətinin tanınmasında “beynəlxalq ictimaiyyətdə konkret fikir olmaması” səbəbindən bu vəsaitə çıxışı bağlayıb.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdiBeş gün ərzində Kabil aeroportunda 12 nəfər həlak olubErmənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyibPolitoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427726807_0:118:3072:2048_1920x0_80_0_0_2bac848c391add7496e6a9113fd9debc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, "taliban" qruplaşması, əfqanıstan, bvf, dollar, maliyyə, abş, fed, mərkəzi bank, dünya
xəbərlər, "taliban" qruplaşması, əfqanıstan, bvf, dollar, maliyyə, abş, fed, mərkəzi bank, dünya
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
09:05 21.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola bilmədilər.
BAKI, 21 avqust – Sputnik. Əfqanıstanı ələ keçirən Taliban hərəkatı ölkənin Mərkəzi Bankındakı milyardlarla dollara sahib ola bilmir. Beynəlxalq Valyuta Fondu da terrorçulara yardım göstərməkdən imtina edib. Siyasi təlatümlərin ağuşunda olan ölkə iqtisadiyyatı pulsuzluqla üz-üzə qalıb.
Talibanın ümid etdiyi vəsaitlərin əksəriyyətinə Amerika və beynəlxalq təşkilatlar nəzarət edir. Qərb ölkələri bu vəziyyəti Əfqanıstanın yeni hökumətinə təzyiq vasitəsi kimi nəzərdən keçirirlər. Üstəlik, Talibanın hazırda pulları almaq üçün institusional stukturları yoxdur – bu isə ona iqtisadiyyatı idarə etməyə mane olur. Ölkənin təsərrüfat həyatı şəhərlərdə yerləşməyə başlayıb, ÜDM isə taliblərin iyirmi il bundan qabaq hakimiyyətdə olduqları vaxtdakından üç dəfə artıb. Defisit iqtisadi resessiyaya, o isə öz növbəsində 36 milyon əfqan üçün humanitar böhranın güclənməsinə səbəb ola bilər.
Üstəlik, taliblər hələ də xarici ölkələrin diplomatlarının maliyyə məsələlərində kiminlə danışıq aparmalı olduğunu bəyan etməyiblər. ABŞ Prezidenti Co Bayden deyib ki, Talibanın qlobal iqtisadiyyatın bir hissəsi olmaq istəyib-istəmədiyini bilmir. Mümkündür ki, yeni hökumət əcnəbi vasitələrsiz keçinməyi güman edir.
Taliban sonuncu dəfə Əfqanıstanda hakim olanda sakinlərin gündəlik qazancları 1 dollardan aşağı idi. Dünya Bankının məlumatına görə, Amerika əsgərlərinin orada olduğu müddətdə əhali üzrə ÜDM təxminən üç dəfə artdı. Əfqanıstanda mobil telefonlar peyda oldu, Coca-Cola və Airbnb biznesini açdı – bütün bunların isə qlobal iqtisadi qurumlara əlçatanlığa ehtiyacı var. NATO qüvvələrinin köməyi ilə hökumət qoşunlarının radikal terrorçu qruplara qarşı müharibəsi zamanı ölkənin iqtisadiyyatı ticarətdən xeyli asılı səviyyəyə düşdü. O zaman idxalın həcmi ildə 8 milyard dollara çatırdı. Bu, ixracdan təxminən on dəfə çox idi.
Əfqanıstanda valyuta ticarəti də dayanıb. ABŞ buralara dollar tədarük etmir, bu səbəbdən əfqan valyutası ucuzlaşır və inflyasiya sürətlənir.
Ekspertlər deyirlər ki, hakimiyyət dəyişikliyini maliyyələşdirən mənbələrə əvvəlkitək çıxışları olsa da, taliblərin ölkə üzrəində tam nəzarət qurması üçün bu kifayət etmir. İqtisadiyyatı xilas etmək üçün taliblər qlobal imiclərinə çəki-düzən verməli, eyni zamanda da öz əsgərlərinin, ultramühafizəkar müsəlmanların dəstəyindən məhrum olmamalıdırlar.
İqtisadçılar hesab edirlər ki, Taliban Cənubi Asiyada nüfuz sahibi olmaq istəyən ölkələrlə diplomatik əlaqələr barədə fikirləşməlidir. Məsələn, Çin artıq Əfqanıstanda sabitliyin bərqərar olmasında maraqlı olduğunu bəyan edib. Çinlilərin diqqətini litium çəkir – iqtisadi cəhətdən perspektivli metal mobil qurğular və avtomobillər üçün akkumulyatorların istehsalında istifadə olunur. Analitiklərin hesablamalarına görə, Əfqanıstanda bu nadir metalın ehtiyatlarının qiyməti 2020-ci ildə 1-3 trilyon dollar olub.
Kabili ələ keçirən taliblər böyük hissəsi Nyu-Yorkun Federal Ehtiyat Sistemində (FED) yerləşən Əfqanıstan Mərkəzi Bankının ehtiyatından olan pullara sahib ola bilmədilər. Avqustun 23-də Əfqanıstan Beynəlxalq Valyuta Fondundan 450 milyon dollar alası idi. Bu pullar iqtisadi böhranla mübarizə üçün nəzərdə tutulmuşdu, ancaq BVF yeni əfqan hökumətinin tanınmasında “beynəlxalq ictimaiyyətdə konkret fikir olmaması” səbəbindən bu vəsaitə çıxışı bağlayıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib