SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub

© AFP 2024 / AHMAD SAHEL ARMANБоевики движения "Талибан" (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 18 авгутса 2021 года
Боевики движения Талибан (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 18 авгутса 2021 года - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Kabildə Həqqani ilə ölkənin keçmiş baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar arasında görüş keçirildiyi barədə məlumat yayılıb. Görüşün təfərrüatları açıqlanmır.
BAKI, 21 avgust — Sputnik. Taliban* hərəkatı mühacirətdə olan Əfqanıstan prezidentinin kiçik qardaşı Həşmət Qəninin onlara qoşulduğu barədə xəbər yayıblar.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, taliblər onlarla sıx əlaqədə olan “Həqqani şəbəkəsi” qruplaşmasının yüksək mənsəbli təmsilçisi Xəlil əl-Rəhman Həqqani bunun şahidi olduğunu bildiriblər.
Xatırladaq ki, bir qədər əvvəl yerli Shamshad News telekanalı Əfqanıstanın paytaxtı Kabildə Həqqani ilə ölkənin keçmiş baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar arasında görüş keçirildiyi barədə məlumat yayıb. Görüşün təfərrüatları açıqlanmır.
RİA Novosti agentliyi hərəkatdakı mənbəyə istinadən Taliban-ın siyasi ofisinin rəhbəri molla Bəradərin Kabilə hökumətin yaradılması ilə bağlı danışıqlara gəldiyini xəbər verib.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Həmçinin oxuyun:
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
Beş gün ərzində Kabil aeroportunda 12 nəfər həlak olub
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib
Politoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır
Xəbər lenti
0