https://sputnik.az/20210820/NATO-nun-Afqanistanda-missiyasi-basha-catdi-427735016.html
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
Sputnik Azərbaycan
Yens Stoltenberq bildirib ki, yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır, ancaq Əfqanıstanla artıq indidən əlaqə... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T20:43+0400
2021-08-20T20:43+0400
2021-11-16T20:28+0400
xəbərlər
nato
əfqanıstan
missiya
bəyanat
yens stoltenberq
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427367594_0:282:2048:1440_1920x0_80_0_0_219e7e0915a9fd03edfd9257f07a2203.jpg
BAKI, 20 avqust — Sputnik. NATO Əfqanıstandakı missiyasını başa vurub, müttəfiqlər hazırda ancaq Kabil aeroportunun ərazisində yerləşirlər.Sputnik Azərbaycan bildirir ki, bu barədə alyansın XİN başçılarının videokonfransının nəticələri barədə danışan baş katib Yens Stoltenberq deyib. "NATO Əfqanıstandakı hərbi missiyasını başa vurub. Müttəfiqlər hazırda aeroport ərazisindədirlər. Bütün qüvvələrin çıxarılması və bütün avadanlıqların qaytarılması üçün müxtəlif ölkələr əllərindən gələni etdilər", - Stoltenberq deyib.Alyansın baş katibi bildirib ki, hər bir ölkə Əfqanıstana çatdırılmış silah və avadanlığa görə cavabdeh idi. "Nələrsə məhv oldu, nələrsə orada qaldı", - Əfqanıstandakı missiya bitəndən sonra avadanlığın taleyinin necə olacağı barədə suala cavab verən baş katib söyləyib."Bir sıra üzv ölkələr bugünkü görüşdə əfqanları qəbul etmək barədə təkliflər verdilər. Əgər onları təxliyə edə bilsək, həmin adamları müvəqqəti və ya daimi əsaslarla qəbul etməyə hazır ölkələr var. Onlar həmçinin Əfqanıstandakıları gətirmək üçün təyyarələr göndərməyə hazır olduqlarını da dedilər", - Stoltenberq bildirib. "Yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır, ancaq Əfqanıstanla artıq indidən əlaqə saxlamaq lazımdır, bəzi tərəfdaşlarımız bunu edirlər", - o deyib. Stoltenberq izah edib ki, bu cür kontaktlar faydalıdır, məsələn, insanların Kabil aeroportuna hərəkətini təşkil etmək və ümumi vəziyyətə nəzarət etmək üçün.Eləcə də oxuyun:Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyibƏşrəf Qəni Əfqanıstan xalqına müraciət etdiPolitoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427367594_0:152:2048:1440_1920x0_80_0_0_edff0bcb5a4dd07929c014e7083d1128.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nato, əfqanıstan, missiya, bəyanat, yens stoltenberq, dünya
xəbərlər, nato, əfqanıstan, missiya, bəyanat, yens stoltenberq, dünya
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
20:43 20.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Yens Stoltenberq bildirib ki, yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır, ancaq Əfqanıstanla artıq indidən əlaqə saxlamaq lazımdır və NATO-nun bəzi tərəfdaşları bunu edirlər.anıs
BAKI, 20 avqust — Sputnik. NATO Əfqanıstandakı missiyasını başa vurub, müttəfiqlər hazırda ancaq Kabil aeroportunun ərazisində yerləşirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə alyansın XİN başçılarının videokonfransının nəticələri barədə danışan baş katib
Yens Stoltenberq deyib.
"NATO Əfqanıstandakı hərbi missiyasını başa vurub. Müttəfiqlər hazırda aeroport ərazisindədirlər. Bütün qüvvələrin çıxarılması və bütün avadanlıqların qaytarılması üçün müxtəlif ölkələr əllərindən gələni etdilər", - Stoltenberq deyib.
Alyansın baş katibi bildirib ki, hər bir ölkə Əfqanıstana çatdırılmış silah və avadanlığa görə cavabdeh idi.
"Nələrsə məhv oldu, nələrsə orada qaldı", - Əfqanıstandakı missiya bitəndən sonra avadanlığın taleyinin necə olacağı barədə suala cavab verən baş katib söyləyib.
"Bir sıra üzv ölkələr bugünkü görüşdə əfqanları qəbul etmək barədə təkliflər verdilər. Əgər onları təxliyə edə bilsək, həmin adamları müvəqqəti və ya daimi əsaslarla qəbul etməyə hazır ölkələr var. Onlar həmçinin Əfqanıstandakıları gətirmək üçün təyyarələr göndərməyə hazır olduqlarını da dedilər", - Stoltenberq bildirib.
"NATO üzvləri Kabilin beynəlxalq aeroportunda gecə-gündüz işlədilər, bu, minlərlə insana ölkəni tərk etməyə imkan verdi. Mən həmçinin NATO üzrə tərəfdaşların Silahlı Qüvvələrinə, xüsusilə Türkiyə, ABŞ, Böyük Britaniya, eləcə də partnyorumuz Azərbaycana aeroportun təhlükəsizliyinin təmin edilməsində həyati vacib roluna görə təşəkkür edirəm", - NATO baş katibi bildirib.
"Yeni hökumətin diplomatik cəhətdən tanınması onların sonrakı fəaliyyətindən asılıdır, ancaq Əfqanıstanla artıq indidən əlaqə saxlamaq lazımdır, bəzi tərəfdaşlarımız bunu edirlər", - o deyib.
Stoltenberq izah edib ki, bu cür kontaktlar faydalıdır, məsələn, insanların Kabil aeroportuna hərəkətini təşkil etmək və ümumi vəziyyətə nəzarət etmək üçün.
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib
Əşrəf Qəni Əfqanıstan xalqına müraciət etdi
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?