https://sputnik.az/20210822/ISID-Kabil-aeroportuna-hucum-ede-biler-Sallivan-427753364.html
Kabil aeroportuna daha bir təhlükə
Kabil aeroportuna daha bir təhlükə
Sputnik Azərbaycan
Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan... 22.08.2021, Sputnik Azərbaycan
2021-08-22T22:59+0400
2021-08-22T22:59+0400
2021-11-16T20:29+0400
xəbərlər
kabil
aeroport
təhlükə
işid
terror
abş
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427711130_0:104:3067:1837_1920x0_80_0_0_ebe53fc7d4ec9247b88bf7738deabd97.jpg
BAKI, 22 avqust - Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Kabil beynəlxalq aeroportuna İŞİD* tərəfindən terror hücumu ehtimalı realdır.Sputnik Azərbaycan bildirir ki, CNN telekanalına müsahibəsində Sallivan deyib ki, hazırda aeroportda ölkəni tərk etmək istəyən ABŞ və Əfqanıstan vətəndaşları var. "Təhlükə realdır. Bu, aktual və ciddi problemdir. Onu bütün mümkün üsullarla yoluna qoymağa çalışırıq", - Sallivan söyləyib.O, həmçinin əlavə edib ki, ABŞ istənilən terror hücumunun dəf olunmasına "birinci dərəcəli əhəmiyyət" verir. Bundan öncə CNN məlumat yaymışdı ki, Amerika əsgərləri terrorçu qrupların təhlükəsi səbəbindən Kabil aeroportuna alternativ marşrutlar təşkil edir. Sallivan Kabil aeroportunda dəqiq nə qədər insanın olduğunu deyə bilməyib, "bir neçə min adam var", söyləyib. "Biz bütün səylərimizlə amerikalıların ölkədən çıxarılması üçün onların aviabazaya çatdırılmasını təşkil etməyə çalışırıq", - deyən siyasətçi Kabil aeroportunda mövcud şərait üzündən logistikada problem yarandığını vurğulayıb.Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan çıxarılıb. Bazar günü, avqustun 22-də səhərçağı bildirilmişdi ki, Kabil aeroportu 48 saat müddətində bağlı olacaq. ABŞ Dövlət Departamenti elan etmişdi ki, aeroportun ərazisində olan insanlar təxliyə edildikdən sonra aeroportun fəaliyyəti bərpa ediləcək.* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.Eləcə də oxuyun:Baydenə ittiham - “Taliblərin önündə diz çökdü”Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaqƏfqanıstan prezidentinin qardaşı taliblərə qoşulubTaliban* ABŞ-dan asılı vəziyyətə düşübNATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdiƏfqanıstanda yenidən qırğın gözlənilir: Pəncşir təslim olmaq niyyətində deyil
kabil
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427711130_0:7:3067:1934_1920x0_80_0_0_50920f2bf7985e2c42e55c074d82c148.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, kabil, aeroport, təhlükə, işid, terror, abş, dünya
xəbərlər, kabil, aeroport, təhlükə, işid, terror, abş, dünya
Kabil aeroportuna daha bir təhlükə
22:59 22.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan çıxarılıb.
BAKI, 22 avqust - Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Kabil beynəlxalq aeroportuna İŞİD* tərəfindən terror hücumu ehtimalı realdır.
Sputnik Azərbaycan bildirir ki, CNN telekanalına müsahibəsində Sallivan deyib ki, hazırda aeroportda ölkəni tərk etmək istəyən ABŞ və Əfqanıstan vətəndaşları var.
"Təhlükə realdır. Bu, aktual və ciddi problemdir. Onu bütün mümkün üsullarla yoluna qoymağa çalışırıq", - Sallivan söyləyib.
O, həmçinin əlavə edib ki, ABŞ istənilən terror hücumunun dəf olunmasına "birinci dərəcəli əhəmiyyət" verir.
Bundan öncə CNN məlumat yaymışdı ki, Amerika əsgərləri terrorçu qrupların təhlükəsi səbəbindən Kabil aeroportuna alternativ marşrutlar təşkil edir.
Sallivan Kabil aeroportunda dəqiq nə qədər insanın olduğunu deyə bilməyib, "bir neçə min adam var", söyləyib.
"Biz bütün səylərimizlə amerikalıların ölkədən çıxarılması üçün onların aviabazaya çatdırılmasını təşkil etməyə çalışırıq", - deyən siyasətçi Kabil aeroportunda mövcud şərait üzündən logistikada problem yarandığını vurğulayıb.
Prezident Baydenin köməkçisinin sözlərinə görə, son 24 saat ərzində 7500-dən çox insan ABŞ HHQ-nin, eləcə də özəl şirkətlərin təyyarələri ilə Əfqanıstandan çıxarılıb.
Bazar günü, avqustun 22-də səhərçağı bildirilmişdi ki, Kabil aeroportu 48 saat müddətində bağlı olacaq. ABŞ Dövlət Departamenti elan etmişdi ki, aeroportun ərazisində olan insanlar təxliyə edildikdən sonra aeroportun fəaliyyəti bərpa ediləcək.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi,
Azərbaycana təşəkkür etdi
Əfqanıstanda yenidən qırğın gözlənilir:
Pəncşir təslim olmaq niyyətində deyil