https://sputnik.az/20210820/Genc-heykeltaras-en-boyuk-arzusuna-catib-Milli-Qehremanimizin-bustunu-hazirlayib-427741763.html
Gənc heykəltaraş ən böyük arzusuna çatıb - Milli Qəhrəmanımızın büstünü hazırlayıb
Gənc heykəltaraş ən böyük arzusuna çatıb - Milli Qəhrəmanımızın büstünü hazırlayıb
Sputnik Azərbaycan
Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T21:22+0400
2021-08-20T21:22+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741731_6:-1:1280:720_1920x0_80_0_0_448bb9a52644e1e1b42e6cf4bd0d5b7f.jpg
BAKI, 20 avqust — Sputnik. Rəssamlıq Akademiyasının tələbəsi gənc heykəltəraş Leyla Məmmədova Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstünü hazırlayıb.Bu barədə Sputnik Azərbaycan-a məlumat verən heykəltaraşın sözlərinə görə, Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuş Murad Mirzəyevin büstünü hazırlamaq onun çoxdankı arzusu olub: "Murad Mirzəyev şəhid olanda mən hələ heykəltaraşlıqla məşğul olmurdum. Amma həmişə arzum idi ki, onun heykəlini yaradım. Onun gözlərindəki döyüşçü ruhu, qəhrəmanlığı rəvac verdi ki, mən onun büstünü hazırlayım. Onun obrazı, xarakteri mənim diqqətimi çəkib, rəğbət bəsləmişəm".Gənc heykəltaraş bundan başqa, şəhid Ceyhun Rzayev və Elvin Məmmədovun da büstünü hazırlayıb.Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.Eləcə də oxuyun:Adı dastana dönən şəhidimizin doğum günüdürÖz toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdıran "Akula" ləqəbli şəhid mayorun dualarıGənc heykəltaraşın diplom işi: Polad Həşimov - FOTOAzərbaycan qadınlarının mərdlik simvolu: heykəl tamamlanır, məkanı bəlli deyil - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741731_82:-1:1228:720_1920x0_80_0_0_edf2b75bcebb90de3016cabae234ecde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Gənc heykəltaraş ən böyük arzusuna çatıb - Milli Qəhrəmanımızın büstünü hazırlayıb
21:22 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuş Murad Mirzəyevin büstünü hazırlamaq Leyla Məmmədovanın çoxdankı arzusu olub
BAKI, 20 avqust — Sputnik. Rəssamlıq Akademiyasının tələbəsi gənc heykəltəraş Leyla Məmmədova Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstünü hazırlayıb.
Bu barədə
Sputnik Azərbaycan-a məlumat verən heykəltaraşın sözlərinə görə, Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuş Murad Mirzəyevin büstünü hazırlamaq onun çoxdankı arzusu olub: "Murad Mirzəyev şəhid olanda mən hələ heykəltaraşlıqla məşğul olmurdum. Amma həmişə arzum idi ki, onun heykəlini yaradım. Onun gözlərindəki döyüşçü ruhu, qəhrəmanlığı rəvac verdi ki, mən onun büstünü hazırlayım. Onun obrazı, xarakteri mənim diqqətimi çəkib, rəğbət bəsləmişəm".
Gənc heykəltaraş bundan başqa, şəhid Ceyhun Rzayev və Elvin Məmmədovun da büstünü hazırlayıb.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçib.
M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Gənc heykəltaraşın diplom işi:
Polad Həşimov - FOTO
Azərbaycan qadınlarının mərdlik simvolu: heykəl tamamlanır, məkanı bəlli deyil - FOTO