Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc heykəltaraşın diplom işi: Polad Həşimov - FOTO

© Sputnik / Ilham AhmadovPolad Həşimovun ağac üzərində rəsmi
Polad Həşimovun ağac üzərində rəsmi - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Gənc heykəltaraş Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun xatirəsini əbədiləşdirib.

BAKI, 9 iyun — Sputnik. Gənc heykəltaraş Təbriz Soltanlı ölümü ilə qəhrəmanlıq dastanı yazan, Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun xatirəsini əbədiləşdirib. Bu barədə Sputnik Azərbaycan-a danışan Azərbaycan Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin 4-cü kurs tələbəsinin sözlərinə görə, heykəl onun diplom işidir:

"Heykəlin ölçüsü 2 metr 20 sm-dir. Heykəlin üzərində 2 ay çalışmışam. Çox az işləri qalıb, onları da yaxın günlərə bitirəcəyəm. Bu, mənim diplom işim olduğuna görə öncə diplom müdafiəsində nümayiş olunacaq. Diplom rəhbərlərim Xalq rəssamı Ömər Eldarov və professor, Xalq rəssamı Akif Əsgərov heykələ baxış keçirəcəklər. Diplom müdafiəsindən sonra heykəl Milli Qəhrəmanımızın ailəsinə təqdim oluna bilər".

© Photo : Courtesy of Tabriz SoltanliPolad Həşimovun heykəli
Gənc heykəltaraşın diplom işi: Polad Həşimov - FOTO - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Polad Həşimovun heykəli

Qeyd edək ki, heykəltaraş bundan öncə Polad Həşimovun büstünü hazırlayıb. Bundan başqa o, Milli Qəhrəman Mübariz İbrahimovun, şəhid mayor Asif Azayevin, baş leytenant Muxtar Qasımlının, polkovnik İlqar Mirzəyevin, gizir İlqar Zeynallının, polkovnik-leytenant Rəşad Atakişiyevin, şəhid Saleh Əliyevin, baş leytenant Mahir Dadaşzadənin, mayor Emin Süleymanovun barelyeflərini hazırlayıb.

Məlumat üçün bildirək ki, 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulan general-mayor Polad Həşimov 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edib. Hər bir azərbaycanlının üryində özünə taxt qurmuş Milli Qəhrəman iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Polad Həşimovun iyul ayında şəhid olması sentyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb. Onu da qeyd edək ki, Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olub.

Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən olan Polad Həşimovun ölümündən sonra Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq, Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Adına mahnılar, əsərlər yazılıb. Doğulduğu Qəbələ rayonunda, Qubada, Sumqayıtda mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Təkcə ölkəmizdə deyil, eləcə də qardaş ölkə Türkiyədə də onun adını əbədiləşdimək üçün bir sıra addımlar atılıb. Belə ki, 2020-ci il oktyabrın 2-də Türkiyənin Elazığ ilinin Keban ilçə bələdiyyəsi küçələrin birinə Polad Həşimovun adının verilməsi barədə qərar qəbul edib. 2021-ci ilin yanvarında qərar icra olunaraq küçələrin birinə Polad Həşimovun adı verilib. 2020-ci il oktyabrın 28-də isə Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub.

Xəbər lenti
0