ABŞ qonşu dövlətlərdən xahiş etdi: əfqan qaçqınlara qapınızı açın

© REUTERS / STRINGERУ международного аэропорта имени Хамида Карзая в Кабуле, 16 августа 2021 года
У международного аэропорта имени Хамида Карзая в Кабуле, 16 августа 2021 года - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Politico isə yazır ki, hazırda Kabil aeroportu təhlükəsizlik tədbirləri çərçivəsində hərbi və mülki reyslərin hamısını müvəqqəti dayandırıb.
BAKI, 16 avqust - Sputnik. ABŞ beynəlxalq ictimaiyyəti, o cümlədən Əfqanıstanın qonşularını ölkədən qaçanları qəbul etmək, Taliban* hərəkatına isə oranı tərk etmək istəyən hər kəsə imkan yaratmaq barədə çağırış edib.
Sputnik Azərbaycan bildirir ki, bunu BMT yanında ABŞ təmsilçisi Linda Tomas-Qrinfild söyləyib. 
"Biz Əfqanıstanın qonşularını, bölgədə və ondan kənarda yerləşən digər ölkələri Əfqanıstanı tərk etmək istəyən insanlara müvəqqəti və ya daimi sığınacaq verməyə çağırırıq", - Tomas-Qrinfild BMT TŞ-nin iclasında deyib.
"Ölkədən çıxıb getmək istəyən əfqan vətəndaşlar və əcnəbilərin bunu təhlükəsiz surətdə gerçəkləşdirməsi çox vacibdir", - diplomat əlavə edib. 
ABŞ Əfqanıstanın paytaxtı Kabildəki aeroporta öz vətəndaşlarını və yerli tərəfdaşlarını təxliyə etmək üçün minlərlə hərbçi göndərib. 
Politico isə yazır ki, hazırda Kabil aeroportu təhlükəsizlik tədbirləri çərçivəsində hərbi və mülki reyslərin hamısını müvəqqəti dayandırıb.
Taliban 20 il ərzində ilk dəfə olaraq Əfqanıstan paytaxtını yenidən nəzarət altına alıb. Bazar günü səhər Kabilə yaxınlaşan Taliban qüvvələri qan tökülməməsi üçün oraya girmək istəmədiklərini söylədilər. Onların nümayəndələri danışıqlar üçün prezident sarayına getdilər.
Bir neçə saatdan sonra məlum oldu ki, prezident Əşrəf Qani Əfqanıstanı tərk edib. Daha sonra o, qırğının qarşısını almaq üçün istefa verdiyini bildirdi.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Kabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...
Əfqanıstanda baş verən hadisələrin xronikası: Taliban Kabildə
"Əfqanıstan xalqı buna layiq deyil" - Dünya şöhrətli yazar öz xalqı üçün ianə toplayır
“Taliban” hakimiyyəti regiona nə vəd edir? – Millət vəkili açıqlayır
 
Xəbər lenti
0