https://sputnik.az/20210811/qadin-erini-oldurdu-427672407.html
Ərini boyunbağı ilə öldürən qadınla bağlı qərar verildi
Ərini boyunbağı ilə öldürən qadınla bağlı qərar verildi
Sputnik Azərbaycan
İnessa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə... 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T14:50+0400
2021-08-11T14:50+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
qətl
qadın
ər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41094/06/410940638_0:0:2000:1125_1920x0_80_0_0_2d94cc59b73af2166cab3738cd711b6d.jpg
BAKI, 11 avqust — Sputnik. Bakıda ərini boğub öldürən qadın həbs edilib. Bu il mayın 9-da saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, təsbit edilib ki, Rəşid Axundovun arvadı İsmayılova İnessa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq istəyib. O, Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartaraq onu bğub. 10.08.2021-ci il tarixdə İnessa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, bir müddət öncə də bənzər hadisə baş verib. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlu yaşadığı evdə bıçaqlanaraq öldürülüb.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.Eləcə də oxuyun:Qadın cinayətləri: biri güllələndi, birini oğlu öldürdü, birini əri maşından atdıBakıda qonşu kişinin evinə sığınan qadın əri tərəfindən öldürüldüElektrik dirəyinə yazılan sözlər qətllə nəticələndi - Kürdəmirdə film kimi olay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41094/06/410940638_148:0:2000:1389_1920x0_80_0_0_84bef853d5a1857c68130421c2ec00bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qətl, qadın, ər, azərbaycan
xəbərlər, qətl, qadın, ər, azərbaycan
Ərini boyunbağı ilə öldürən qadınla bağlı qərar verildi
14:50 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) İnessa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BAKI, 11 avqust — Sputnik. Bakıda ərini boğub öldürən qadın həbs edilib. Bu il mayın 9-da saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluqdan
Sputnik Azərbaycan-a verilən məlumata görə, təsbit edilib ki, Rəşid Axundovun arvadı
İsmayılova İnessa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq istəyib. O, Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartaraq onu bğub.
10.08.2021-ci il tarixdə İnessa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə də bənzər hadisə baş verib. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlu yaşadığı evdə bıçaqlanaraq öldürülüb.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qadın cinayətləri: biri güllələndi, birini oğlu öldürdü, birini əri maşından atdı
Elektrik dirəyinə yazılan sözlər qətllə nəticələndi -
Kürdəmirdə film kimi olay