19:00 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
HADİSƏ
Qısa URL
Bakının son xəbərləri (67)
39 0 0

Qətlindən bir neçə ay öncə əri tərəfindən ağacla döyülərək bədən xəsarətləri alan Məhərrəmovaya polis sığınacağa getməyi təklif etsə də, o ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib.

BAKI, 3 avqust — Sputnik. Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bu hadisə ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialara cavab verib.

DİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, E.Hacıyev bildirib ki, sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanuna müvafiq tədbir görülməməsi ilə əlaqədar hüquqi və rəsmi əsası olmayan iddialar yayılıb:

“Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S. Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib”.

Qeyd edək ki, ötən ay ərzində də bir neçə dəfə ailə-məişət mübahisələri zəminində qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsi faktları qeydə alınıb.

Eləcə də oxuyun:

Mövzu:
Bakının son xəbərləri (67)
Teqlər:
qadın, ər, qətl, qonşu, Bakı

Əsas mövzular