Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elektrik dirəyinə yazılan sözlər qətllə nəticələndi - Kürdəmirdə film kimi olay

© Sputnik / Rashad KeremogluUcar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım maşını
Ucar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım maşını - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Savadsız olduğu deyilən, yəni, yazı yaza bilməyən şəxs başqasının arvadı barədə nalayiq sözlər yazmaqda günahlandırılaraq öldürülüb.

BAKI, 31 iyul - Sputnik. Kürdəmir sakini öz kəndlisini güllələyib. Qətl hadisəsi rayonun Dayıkazımlı kəndində baş verib.

İlkin məlumata əsasən, kənd sakinləri - 30 yaşlı Mehdiyev Vurğun Aydın oğlu və 53 yaşlı Hümbətov Bəhmən Bəhlul oğlunun arasında şəxsi münasibətlər zəminində dava düşüb. Bu zaman Vurğun Mehdiyev Bəhmən Hümmətovu qətlə yetirib.

Kənd sakinlərindən alınan məlumata görə, tərəflər arasında bir neçə il əvvəldən münaqişə olsa da, bunun ölümlə nəticələnəcəyi gözlənilməz  olub.

Adının çəkilməsini istəməyən kənd sakini Sputnik Azərbaycan-ın bölgə müxbiri Rəşad Kərəmoğluna deyib ki, hadisə baş verməzdən öncə Vurğun Mehdiyevin həyat yoldaşının adına xoş olmayan sözlər yazılaraq kənd ərazisindəki elektrik dirəyinə vurulub. Yazının Bəhmən Hümbətov tərəfindən yazıldığını güman edən V.Mehdiyev kənd ərazisində onu ov tüfəngindən başından atəş açmaqla öldürüb.

Maraqlı odur ki, öldürülən şəxsin yazı yaza bilmədiyi də deyilir. Hadisənin təfərruatları və dəqiq səbəbləri  Kürdəmir Rayon Prokurorluğunun əməkdaşlarının araşdırmasından sonra bəlli olacaq.

Hadisədən sonra iki uşaq atası olan 30 yaşlı Mehdiyev Vurğun Aydın oğlu şübhəli şəxs qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.  Fakta bağlı AR CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.

Həmçinin oxuyun:

Toyda qətl - Daşkəsən prokurorluğu baş verən ilginc hadisə barədə

Bakıda yeniyetmə qətl törədib, səbəb ilgincdir

Xəbər lenti
0