Qadın cinayətləri: biri güllələndi, birini oğlu öldürdü, birini əri maşından atdı
11:49 08.08.2021 (Yenilənib: 00:00 17.11.2021)
© Sputnik / Rahim MuradovMühafizə polisi və təcili yardım avtomobili
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Gəncə, Şəmkir və Şabranda zorakılıq nəticəsində bir qadın dünyasını dəyişib, ikisi isə xəstəxanaya yerləşdirilib.
BAKI, 8 avqust - Sputnik. Ötən sutka ərzində ölkə ərazisində qadınların zərər görməsi ilə bağlı bir neçə cinayət törədilib.
Qaynata gəlini güllələdi
Avqustun 8-də saat 2 radələrində Şəmkir rayonu ərazisində 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızının odlu silahdan atəş açılması nəticəsində xəsarətlər alması barədə məlumat daxil olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Şəmkir rayon Prokurorluğunun məlumatında deyilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Şəmkir rayon Prokurorluğunun məlumatında deyilir.
Prokurorluq əməkdaşları araşdırma apararaq müəyyən ediblər ki, avqustun 7-də, saat 23 radələrində Şəmkir rayonu, Yeni Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Gəncə sakini anasını qətlə yetirdi
Gəncə şəhəri, Məhsəti qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov iyulun 24-də anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya ağır xəsarətlər yetirib. Qadın avqustun 7-də yaşadığı evdə vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Ər arvadını hərəkətdə olan avtomobildən yola atıb
Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.
Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.
Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəkətdə olan avtomobildən yola atılıb.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
Ucarda dəmir yolundan tapılmış yenidoğulmuş uşaq ortalıqda qalıb: Adını Tapdıq qoyublar
Qaxda cinsi zorakılığa məruz qalan qadınla bağlı son durum - Komitə vəziyyəti açıqladı
DİN son qadın qətlinə aydınlıq gətirdi: "Barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir"