CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

KTMT oyunu: Ermənistan ümid edir ki, Azərbaycandan hansısa güzəştləri qoparda biləcək

© Sputnik / Amir Isayev / Mediabanka keçidФлаги стран-участниц Организации Договора о коллективной безопасности: Таджикистана, России, Киргизии, Казахстана, Белоруссии, Армении и флаг ОДКБ (справа налево) на церемонии открытия учений сил и средств разведки вооруженных сил стран Организации Договора о коллективной безопасности "Поиск-2016" в Таджикистане
Флаги стран-участниц Организации Договора о коллективной безопасности: Таджикистана, России, Киргизии, Казахстана, Белоруссии, Армении и флаг ОДКБ (справа налево) на церемонии открытия учений сил и средств разведки вооруженных сил стран Организации Договора о коллективной безопасности Поиск-2016 в Таджикистане - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Ermənistan baş nazirinin KTMT-nin baş katibi ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
BAKI, 11 avqust — Sputnik. "Qırx dörd günlük Vətən müharibəsinin ilk günündən Paşinyan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışırdı. Müxtəlif formalarda Ermənistanın siyasətçiləri, ictimai həyatında olan şəxslər Rusiyaya qarşı öz narazılıqlarını, tənqidlərini ifadə edirdilər. Hətta bəziləri çox uzağa gedərək artıq Ermənistanın KTMT-yə ehtiyacının olmadığını deyirdilər. Ancaq Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirmişdi ki, KTMT ancaq Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsində legitimdir. Əgər Ermənistanın ərazisinə təcavüz olarsa, ərazisi təhlükə altında qalarsa, o zaman KTMT bu məsələyə qoşula bilər".
Bunu Sputnik Azərbaycan-a Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqov deyib.
BMTM-in şöbə müdiri bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan bu məsələdən əl çəkməyib, yenə də KTMT-ni prosesə qoşmaq istəyir, Azərbaycan ilə KTMT-ni üz-üzə qoymağa çalışır:
"Burada Paşinyanın bir sıra məqsədi ola bilər. Birincisi, KTMT ilə Azərbaycanı qarşı-qarşıya qoymaq, ikincisi, əgər bu alınmırsa, KTMT-nin imicinə, mövqeyinə zərbə vurmaq, üçüncüsü, bunların hər ikisi. Hesab edirəm ki, Paşinyan bu siyasəti davam etdirəcək".
Paşinyan Ermənistan-Azərbaycan sərhədində böhranlı vəziyyətin siyasi yolla həll olunması üçün imkanların olduğunu deyir, Ermənistanın müdafiə naziri isə məsələnin güc yolu ilə həllindən danışır. "Bu, nədən xəbər verir?" sualına Fuad Çıraqov belə cavab verib: "2018-ci ildə Paşinyan hakimiyyətə gələndə "yaxşı polis"-"pis polis" rolunu oynamaq istəyirdilər. O vaxt "pis polis" rolunu Ermənistanın müdafiə naziri David Tonoyan oynayırdı. "Yaxşı polis" rolunu isə Paşinyan özü oynamağa çalışırdı. Və həmin siyasətin iflasa gətirib çıxardığını gördük. İndi guya həmin oyunu davam etdirmək istəyirlər. "Yaxşı polis"-"pis polis" rolunu oynamaq cəhdləri onu göstərir ki, onlar hələ də Qarabağa dair üçtərəfli bəyanatın şərtlərinə tam əməl etməkdən boyun qaçırmağa çalışırlar. Və yenə də ümid edirlər ki, Azərbaycan tərəfindən hansısa şərtləri, hansısa güzəştləri qoparda biləcəklər".
Onu da xatırladaq ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasla görüşündə bildirib ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, "Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır".
Erməni nazir KTMT-də "qərarların qəbul olunması və böhranlı vəziyyətlərə reaksiya mexanizminin operativ şəraitin inkişafının müasir tələblərinə cavab verməməsindən" şikayətlənib. O, həmçinin baş katibi Ermənistanın KTMT-də sədrliyinə dair konseptual yanaşmalar barədə məlumatlandırıb və vurğulayıb ki, erməni tərəfinin prioriteti təşkilatın təkmilləşdirilməsi və effektivliyinin artırılması olacaq.
S.Zas isə öz növbəsində Ermənistanın müdafiə nazirinə bildirib ki, sentyabrın 15-də Düşənbədə KTMT-nin Təhlükəsizlik Şurasının katiblər komitəsi, müdafiə nazirləri, xarici işlər nazirləri şurasının birgə iclasları olacaq, sentyabrın 16-na isə Kollektiv Təhlükəsizlik Şurasının sessiyası planlaşdırılır, onun gedişində təşkilata rəhbərlik Ermənistana keçəcək.
Eləcə də oxuyun:
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
Bakı Yerevanın daha bir yalanını təkzib edir
Ermənistan sərhəddəki vəziyyəti dramatikləşdirir – Zasın Yerevana səfərinin yekunları
Xəbər lenti
0