CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Yerevanın daha bir yalanını təkzib edir

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.
BAKI, 6 avqust - Sputnik. "Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. 
Qeyd olunur ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır.
Xatırladaq ki, cümə günü, avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Eləcə də oxuyun:
Ermənistan silahlı qüvvələri Naxçıvanı yenə atəşə tutdu
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Makron Əliyevə zəng edib: Ermənistanla dövlət sərhədindəki vəziyyət müzakirə olundu
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
Xəbər lenti
0