https://sputnik.az/20210805/Azrbaycann-KTMT-ya-zvly-il-bal-Moskvadan-aqlama--427630584.html
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Sputnik Azərbaycan
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov deyib ki, qəbul olunmuş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif... 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T19:23+0400
2021-08-05T19:23+0400
2021-08-05T19:28+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/41857/10/418571067_0:0:3269:1839_1920x0_80_0_0_b9b7f0e19e2d284beae64062b2da1d73.jpg
BAKI, 5 avqust - Sputnik. Azərbaycan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət daxil olmayıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi mətbuat konfransında bildirib.Rusiya XİN rəsmisi KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığın, eləcə də xarici əlaqələrin genişlənməsi istiqaməti götürdüyünü söyləyib:“Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib.Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“.Həmçinin oxuyun:* Ermənistanın sərhəddə insidentlərlə bağlı müraciətlərinə baxan KTMT hansı qərarı verib?* ATƏT-in Baş katibi KTMT ilə bağlı Moskvaya gəlir: Gündəlikdə Qarabağ məsələsi var?* Paşinyan Azərbaycanla sərhədə gəldi: KTMT-nın nüfuzunu yüksəltmək üçün hər şeyi etməliyik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41857/10/418571067_51:0:2782:2048_1920x0_80_0_0_4954300c6212b6226b2f3d9dd290a03c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
19:23 05.08.2021 (Yenilənib: 19:28 05.08.2021) Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov deyib ki, qəbul olunmuş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət daxil olmayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya XİN rəsmisi KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığın, eləcə də xarici əlaqələrin genişlənməsi istiqaməti götürdüyünü söyləyib:
“Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib.
Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“.
* Ermənistanın sərhəddə insidentlərlə bağlı müraciətlərinə baxan
KTMT hansı qərarı verib?