Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidRusiya FTX-nin sərhədçiləri
Rusiya FTX-nin sərhədçiləri - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ənənvi brifinqdə Azərbatycan-Ermənistan sərhədində gərginliklə bağlı ölkəsinin mövqeyini ortaya qoyub.
BAKI, 5 avqust — Sputnik. Rusiya müvafiq beynəlxalq hüquq qaydalarının olmaması və tərəflərin etimad çatışmazlığı səbəbindən öz sərhədçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz.
Sputnik Azərbaycan bildirir ki, bu barədə cümə axşamı, avqustun 5-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov ənənəvi brifinqdə deyib.
Bundan öncə Ermənistanın baş nazir vəzifəsini icra edərkən Nikol Paşinyan Rusiya sərhədçilərinin dayaq məntəqələrinin Azərbaycanla sərhəd boyu yerləşdirilməsini təklif etmişdi.
“Sərhədçilərin sərhəd boyu yerləşdirilməsində əsas problem bunun beynəlxalq hüquqda təsbit olunmaması və üstəlik, tərəflərin yetəri qədər bir-birinə qarşılıqlı etimad göstərməməsidir”, - Bikantov deyib.
Onun sözlərinə görə, sərhəddə dayanıqlı deeskalasiyaya ancaq Ermənistanla Azərbaycan arasında sonrakı demarkasiya şərti ilə dərhal delimitasiya işlərinə başlamaq yoluyla nail olmaq mümkündür. 
Moskvadan Yerevan və Bakıya çağırış: Vəziyyətin deqradasiyasından çəkinin
Ermənistanla Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda Rusiya Federasiyası hər iki tərəfi vəziyyətin deqradasiyasından qacınmağa səsləyir və bundan sonra da şəraitin normallaşdırılması prosesinə aktiv dəstək göstərməyə hazırdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov deyib. 
“Biz hər iki tərəfi situasiyanın sonrakı deqradasiyasına səbəb olacaq hərtəkətlərdən çəkinməyə dəvət edirik”,  - XİN nümayəndəsi brifinqdə söyləyib.
“Yaranan bütün problemləri yalnız sülhlə, siyasi-diplomatik yolla həll etmək lazımdır. Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması prosesinə bundan sonra da aktiv dəstəyini göstərməyə hazırdır. O cümlədən deeskalasiya tədbirləri və sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlər vasitəsilə”, - Bikantov deyib.
Onun sözlərinə görə, “bu səylər, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və icmalar arası dialoqun stimullaşdırılması ilə birgə Qafqazın sabitlik, təhlükəsizlik zonasına çebrilməsinə, onun çiçəklənməsinə imkan yaradacaq”.
Azərbaycan-Ermənistan sərhədində gərginlik
2021-ci ilin may ayından etibarən iki ölkənin dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri dəfələrlə atəşkəsi pozaraq, Azərbaycanın Naxçıvanda, Gədəbəydə, Kəlbəcərdə, Tovuzda, Daşkəsəndə yerləşən mövqelərini  müxtəlif silahlardan atəşə tutub.
Avqustun 5-i, cümə axşamına olan məlumata görə, avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Həmçinin oxuyun:
* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir
* Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə rayonumuzu atəşə tutub
Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN
* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır
* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır
 
Xəbər lenti
0