Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio-2020: Olimpiada zamanı koronavirusa yoluxma sayı 500-ü ötüb

© AFP 2023 / LOIC VENANCEНадпись Токио-2020 на здании отеля в Токио
Надпись Токио-2020 на здании отеля в Токио - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Tokio Olimpiadası zamanı 650 000-dən çox test yoxlaması aparılıb. Onların cəmi 0,02 faizi müsbət olub.
BAKI, 11 avqust — Sputnik. Tokio-2020 Yay Olimpiya Oyunları zamanı koronavirusa ümumilikdə 511 yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəsmi saytındakı hesabatda bildirilib.
Son 24 saat ərzində daha 25 nəfərin analiz nəticəsi müsbət çıxıb. Yoluxma sayındakı antirekord avqustun 5-də qeydə alınıb - 31 nəfər. Qeyd edək ki, Tokio olimpiadası zamanı 650 000-dən çox test yoxlaması aparılıb. Onların cəmi 0,02 faizi müsbət olub.
Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Tokio Olimpiadası təxirə salınmışdı. Yaponiyanın özündə də onun əleyhdarları az deyildi, Oyunlar zamanı etiraz aksiyaları səngimədi də, indi isə fəallar hökumətdən Tokioda avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılan Paralimpiya Oyunlarından intina etməyi tələb edirlər. Tokio Milli stadionunda XXXII Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 8-də başa çatıb. İyulun 23-dən avqustun 8-dək dünyanın ən güclü atletləri Yaponiya paytaxtında qüvvələrini sınadılar. 207 ölkədən 11,3 min idmançı 33 idman növündə 339 medal qazanmaq üçün yarışıb.
Eləcə də oxuyun:
İlk koronaviruslu Olimpiada: Tokio möhtəşəm görüntülərlə vida etdi
Olimpiya uğursuzluğu: Çanaq məşqçilərin başında çatladı, indi millini yerli çalışdıracaq
Azərbaycanın karate üzrə milli komandasının üzvləri Bakıya qayıtdılar
Tokio Olimpiadası bitdi: necə oldu ki, 25 ildə ilk dəfə “qızıl”sız qaldıq
 
Xəbər lenti
0