https://sputnik.az/20210809/Ukraynalilar-Leyli-ve-Mecnunu-oz-dillrinde-oxuya-bilecekler-427658211.html
Ukraynalılar "Leyli və Məcnun"u öz dillərində oxuya biləcəklər
Ukraynalılar "Leyli və Məcnun"u öz dillərində oxuya biləcəklər
Sputnik Azərbaycan
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş bu bənzərsiz poeması ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq. 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T13:42+0400
2021-08-09T13:42+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
nizami
nizami gəncəvi
leyli və məcnun
ədəbiyyat
ukrayna
şair
fars
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426770706_0:320:3072:2048_1920x0_80_0_0_1902de33fbfd48658dc147d7c517b7a2.jpg
BAKI, 9 avqust — Sputnik. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş "Leyli və Məcnun" kitabı ölkənin bir sıra kitabxanalarına verilib. Sputnik Azərbaycan xəbər verir ki, "Leyli və Məcnun" Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının Ukraina Dili İnstitutunun, Şərqşünaslıq İnstitutunun, Milli Parlamentinin və digər qurumların kitabxanalarına yerləşdirilib.Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş bu bənzərsiz poeması ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir."Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.Məlumat üçün bildirək ki, Nizaminin "Leyli və Məcnun" əsəri "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılıb. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf edib. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim dastan dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.Həmçinin oxuyun:"Xosrov və Şirin" bədii serialında nələr olacaqAzərbaycan klassikası gürcü dilinə tərcümə edildiNizami Gəncəviyə həsr olunmuş xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşibMilli Kitabxana Nizami Gəncəvi haqqında elektron xülasə hazırlayıb
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426770706_341:0:3072:2048_1920x0_80_0_0_c0cf1d204242a98bc18c3783346357dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nizami, nizami gəncəvi, leyli və məcnun, ədəbiyyat, ukrayna, şair, fars, dil, dünya, azərbaycan
xəbərlər, nizami, nizami gəncəvi, leyli və məcnun, ədəbiyyat, ukrayna, şair, fars, dil, dünya, azərbaycan
Ukraynalılar "Leyli və Məcnun"u öz dillərində oxuya biləcəklər
13:42 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş bu bənzərsiz poeması ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.
BAKI, 9 avqust — Sputnik. Dahi Azərbaycan şairi
Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş "Leyli və Məcnun" kitabı ölkənin bir sıra kitabxanalarına verilib.
Sputnik Azərbaycan xəbər verir ki,
"Leyli və Məcnun" Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının Ukraina Dili İnstitutunun, Şərqşünaslıq İnstitutunun, Milli Parlamentinin və digər qurumların kitabxanalarına yerləşdirilib.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş bu bənzərsiz poeması ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.
Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.
"Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.
Məlumat üçün bildirək ki, Nizaminin "Leyli və Məcnun" əsəri "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılıb. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf edib. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim dastan dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.
Nizami Gəncəviyə həsr olunmuş xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib