CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Kitabxana Nizami Gəncəvi haqqında elektron xülasə hazırlayıb

© Sputnik / Ilham MustafayevQazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Xülasənin hazırlanmasında məqsəd geniş istifadəçi kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron xülasədə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib

BAKI, 11 iyun — Sputnik. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Nizami Gəncəvi – 880" adlı elektron xülasə hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, elektron xülasədə Nizami Gəncəvi haqqında 2017-2021-ci illərdə (may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb.

Xülasənin hazırlanmasında məqsəd geniş istifadəçi kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron xülasədə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Xülasə ilə tanış olmaq istəyənlər http://anl.az/down/Nizami.Gencevi.pdf linkindən istifadə edə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.

Xəbər lenti
0