Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nizami Gəncəviyə həsr olunmuş xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib

© Sputnik / Murad OrujovМузей азербайджанского ковра в Баку
Музей азербайджанского ковра в Баку - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər.

 

BAKI, 17 iyun — Sputnik. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib. Azərbaycan Milli Xalça Muzeyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib seçilib.

Qaliblər "Düşüncələr" adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və "İntikalun" (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenkodur.

© © Photo : Azerbaijan National Carpet MuseumNizami Gəncəviyə həsr olunmuş xalça eskizi
Nizami Gəncəviyə həsr olunmuş xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Nizami Gəncəviyə həsr olunmuş xalça eskizi

Qeyd edək ki, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər.

Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Nizami irsinin rolunu araşdırmaqdır.

Xəbər lenti
0